Azərbaycan İdeyası

Abbas Abbasovun oğlu məmur balalarına səsləndi:- “BELƏ ADAM ÖLDÜRMƏK İSTƏYİRSİNİZSƏ…”

Tarix:29-08-2017, 15:43
Baxış Sayı:282

 Abbas Abbasovun oğlu məmur balalarına səsləndi:- “BELƏ ADAM ÖLDÜRMƏK İSTƏYİRSİNİZSƏ…”
Son zamanlar bəzi məmurların, səlahiyyət sahiblərinin, eləcə də imkanlı şəxslərin övladları, onların yaxın adamları və ya qohumları əsasən paytaxt Bakıda “avtoş”luq edir, sahib olduqları ən son model bahalı avtomobili yüksək sürətlə idarə etməklə digər nəqliyyat vasitələrinin sürücülərinə, həmçinin piyadalara təhlükəli anlar yaşadırlar. Təəssüf ki, bu cür hallar sonda ağır yol qəzası və ölümlə nəticələnir.
Yəni bir sözlə, bəzi məmurların övladları, yaxınları və ya qohumlarının yollarda törətdikləri hoqqalar, qanunazidd əməllər sonda sadə vətəndaşın ağır bədən xəsarəti almasına, hətta ölümünə səbəb olur.
Diqqət yetirsəniz görərsiniz ki, artıq ölkənin sayılıb-seçilən simaları, ziyalıları, elm adamları, QHT rəhbərləri, hüquq-müdafiəçiləri, siyasilər və mədəniyyət adamları yolda “avtoş”luq edən və bununla da vətəndaşlara maddi, mənəvi, o cümlədən fiziki ziyan vuran məmurları və onların övladlarını tənqid edir, həmin şəxslərin qanuna müvafiq formada cəzalandırılmasını tələb edirlər.
Gununsesi.info xəbər verir ki, baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun oğlu, sabiq millət vəkili Aydın Abbasov da özünün “facebook” hesabında məhz bu mövzu ilə bağlı maraqlı status paylaşıb.
Belə ki, məmur balalarına və yaxınlarına sürəti azaltmağı, qanunlara əməl etməyi məsləhət görən Aydın Abbasov onları yolda “avtoş”luq edib öz millətini qırmaqdansa, düşmənlə döyüşməyə səsləyib: “Hörmətli və əzəmətli bəzi yüksək məmur və vəzifə başında olan insanların övladları, nəvələri, kürəkənləri, bacıları, qardaşları və əmi nəvəsi övladları, sürətinizi azaldın! Bəsdi öz əməllərinizlə ətraf mühitə və doğmalarınıza ziyan verdiniz! Belə adam vurmaq, öldürmək istəyirsinizsə bir qrup yaradaq və gedək düşmənlərimizi vuraq. İnsanın başına hər an bir iş gələ bilər, sadəcə olaraq bilin ki, siz əməllərinizlə və məsuliyyətsiz hərəkətlərinizlə özünüzü də məhv edirsiniz!”

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı