Azərbaycan İdeyası

Abid Şərifov Akif Əliyə: Sən kimsən ki...

Tarix:8-09-2017, 15:27
Baxış Sayı:486


 Abid Şərifov Akif Əliyə: Sən kimsən ki...

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə bağlı səsləndirdiyi fikirlər ölkədə böyük səs-küyə səbəb olub.
Baş nazirin müavini Abid Şərifovla Bizimyol.info-ya açıqlamasında məslədən xəbərdar olduğunu, Akif Əlinin böyük yanlışlığa yol verdiyini bildirib.
”Lütfi Zadə dünyada sayılıb seçilən bir alimdir. Onun haqda mən belə açıqlama vermək üçün fikirləşərəm ki, mən necə danışmalıyam. Akif Əli sən kimsən ki dünya səviyyəli bir alim haqda belə alçaldıcı açıqlama verəsən? Sənin buna nə mənəvi haqqın var. Düzünü deyim ki, mənə bunu deyəndə inanmadım. Dövlət başçısı, birinci vitse Prezident bu böyük alimin vəfat etməsi haqda nekroloq imzalayıb, başsalığı verib. Akif Əlinin bu açıqlamasını pisləyirəm. Çox biabırçı bir açıqlamadır”.
Baş nazirin müavini mətbuat katibinin cəzalandırılması və ya işdən çıxarılması haqda da danışıb. “Üzr istəmək günahdan azad olmaq demək deyil. Akif Əli ilə mən özüm də danışacam. Onun cəzalanması və ya işdən çıxartmaq səlahiyyəti isə Baş Nazirə aiddir. Bu barədə danışdıqdan sonra qərar veriləcək. Belə açıqlama cəzasız qalmaz. Mən özüm bu danışıqdan heyrətə gəlmişəm. Lütfi Zadə ilə nəyinki məmurlar, jurnalistlər, bütün Azərbaycan xalqı fəxr edir.”

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı