Azərbaycan İdeyası

Şairdən Lütfi Zadəyə “fındıqbaş” deyən yazıçıya sərt cavab: “Hələ bir onun səviyyəsinə qalxsın...”

Tarix:8-09-2017, 16:38
Baxış Sayı:7 618


“Akif Əlinin Lütfi Zadəyə münasibəti qəbuledilməzdir”.

Bunu AzNews.az-a şair Rüstəm Behrudi Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin dünya şöhrətli alim Lürfi Zadəni “fındıqbaş” adlandırmasına münasibətində deyib. Onun sözlərinə görə, dünya elmində inqilab edən Lütfi Zadə haqqında bu cür düşünmək böyük bir yanlışlıqdır:
“Kim nə deyir desin, Lütfi Zadə Azərbaycanda doğulub, böyüyüb, dünya elminə öz töhfələrin verib. Akif Əli isə yazıçıdır, onun bu ifadəni işlətməsinə inanmaq istəmirəm. Yox, əgər deyibsə də yalnış düşüncədə olub. Əslində Lütfi Zadə haqqında bu cür ifadə işlədən ən azı onun səviyyəsində olmalıdır. Hələ bir Lütfi Zadə səviyyəsinə qalxsınlar... Lütfi Zadə dünyada məşhur olan bir alimdir. Bəlkə Akif Əli əsəbi olub? Əslində yazıçı belə ifadə söyləməməlidir. Çox böyük yanlışlıq edib”.
Rüstəm Behrudi qeyd edib ki, Azərbaycanda bir çox ziyalılar Lütfi Zadəyə münasibətdə yanılıblar: “Onlar elə düşünür ki, elm adamı bayraq götürüb inqilab eləməlidir. Hər bir kəs öz sahəsində bu millətin adını ucalda bilirsə, sevinmək lazımdır. Ola bilsin ki, Lütfi Zadə bir elm adamı kimi qorxaq olub, yaxud da başı elmə qarışıb. Amma “mən öləndə Azərbaycanda basdırın” deyən adamı bu şəkildə təhqir etmək yalnışlıqdır. Onun Bakıda dəfn olunması bizim xeyrimizədir. Ölən şəxsin vəsiyyətinə bizdə hörmət edirlər, daha ardı ilə danışmırlar".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı