Azərbaycan İdeyası

Bakıda evləri istiliksiz qoyan şəxslər yaxalandı – ƏMƏLİYYAT

Tarix:2-10-2017, 13:37
Baxış Sayı:638


 Bakıda evləri istiliksiz qoyan şəxslər yaxalandı – ƏMƏLİYYAT

Bakıda binaların zirzəmilərindən oğurluq edənlər tutulub. Korrupsiya-q.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əhalini su və enerji ilə təmin edən qurğuların və avadanlıqların sökülərək oğurlanması hallarının qarşısının alınması və bu cinayətləri törədənlərin ifşa edilməsi istiqamətində polis orqanları tərəfindən Binəqədi rayonu ərazisində uğurlu əməliyyat tədbiri keçirilib. Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki çoxmərtəbəli yaşayış binalarından birinin zirzəmisindən su ventillərini oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanılaraq Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun Ağstafa rayon sakini Xəyal Rəfiyev olması məlum olub. Ətrafında aparılan tədbirlərlə onun digər bir nəfərlə birlikdə rayonun M.Cəlal küçəsindəki çoxmərtəbəli yaşayış binalarından 9-nun zirzəmilərindən ümumilikdə 42 ədəd istilik sistemlərinin diyircəklərini (ventilləri) oğurladıqları müəyyən edilib.
Davam etdirilən tədbirlərlə digər şəxs – Ağdaş rayon sakini Yasər Bayramovun da yeri müəyyənləşdirilərək tutulub. Saxlanılan şəxslər oğurluğu əlvan metal əldə edib satmaq niyyəti ilə etdiklərini və həmin ventilləri Yasamal rayonu ərazisindəki metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər. Polis əməkdaşları tərəfindən maddi sübutlar metal qəbulu məntəqəsindən aşkar edilərək götürülüb.
Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı