Azərbaycan İdeyası

Bakıda avtomobil oğruları həbs edildi – FOTO

Tarix:26-09-2017, 12:57
Baxış Sayı:623


 Bakıda avtomobil oğruları həbs edildi – FOTO
Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, “102” Zəng Mərkəzinə müraciət edən vətəndaş bildirib ki, Binəqədi rayonu ərazisində ona məxsus “Fiat” markalı avtomobildən naməlum şəraitdə 1 ədəd mobil telefon oğurlanıb.
Binəqədi Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Məstanov saxlanılıb.
Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində onun sentyabr ayı ərzində Binəqədi rayonu ərazisində daha 3 nəqliyyat vasitəsindən mobil telefon və pul oğurladığı məlum olub. Araşdırma zamanı saxlanılan şəxsin oğurladığı mobil telefonları paytaxtın müxtəlif ərazilərində satdığı məlum olub.
Qeyd edək ki, E.Məstanovun yaşadığı mənzilə baxış zamanı oradan 0,231 qram narkotik vasitə olan heroin də aşkar olunaraq, götürülüb.
Polis əməkdaşlarının keçirdikləri daha bir əməliyyat tədbiri nəticəsində paytaxt ərazisində avtomobillərdən oğurluqlar edən daha bir nəfər saxlanılıb. Xətai RPİ (RPİ) 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Rövşən Əşrəfov tutulub.
Qeyd edilən faktlarla bağlı Binəqədi və Xətai Rayon Polis İdarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştiraklarını da istisna etmirlər. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Binəqədi, eləcə də, Xətai RPİ-yə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI