Azərbaycan İdeyası

Ukraynada tutulan azərbaycanlı jurnalist Fikrət Hüseynli 18 günlüyə həbs edilib.

Tarix:17-10-2017, 16:46
Baxış Sayı:267

 Ukraynada tutulan azərbaycanlı jurnalist Fikrət Hüseynli 18 günlüyə həbs edilib.


Bu haqda qərarı Borispol Məhkəməsi verib.
Jurnalisti vəkil Dmitri Mazurok (Ukrayna Helsinki İnsan Haqları Birliyi) müdafiə edir.
Vəkil qərarla razılaşmadıqlarını bildirir. Qısa zamanda apellyasiya şikayəti veriləcək. F.Hüseynlinin Hollandiyadan siyasi sığınacaq alması barədə bilgilər də apellyasiya məhkəməsi zamanı təqdim ediləcək.
Xatırladaq ki, 41 yaşlı journalist oktyabrın 14-də Ukraynanın Dövlət Sərhəd Xidməti ftərəfindən saxlanılıb.
Yaxınlarının verdiyi məlumata görə, Azərbaycanda ona qarşı CM-in 318 (sərhədi qanunsuz keçmə) və 178-ci (fırıldaqçılıq) maddələri ilə cinayət işi başlayıblar. Jurnalist həmin cinayət işi üzrə İnterpola verilən təqdimat əsasında saxlanıldığı bildirilir.
Fikrət Hüseynli müxalif "Azadlıq" qəzetinin əməkdaşı olarkən 2006-cı ilin martında Bakının Badamdar qəsəbəsində maskalı naməlum şəxslərin hücumuna məruz qaldığını açıqlamşdı. Onun həmin vaxt döyüldüyü, bıçaqlandığı bildirilirdi. Jurnalist bundan sonra rəsmi şəkildə şikayət etsə də, baş verənlərə görə, kimsə məsuliyyətə alınmamışdı. 2008-ci ilin əvvəllərində o, Azərbaycandan mühacirət edib.(

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı