Azərbaycan İdeyası

Deputat: "Sahibkarların yoxlanılması iş yerlərinin bağlanmasına gətirib çıxarır"

Tarix:19-10-2015, 17:53
Baxış Sayı:488

Sahibkarlığın inkişafına qarşı süni maneələrin yaradılmasını aradan qaldırmaq üçün daha geniş addımların atılması gözlənilir.
Bunu "Korrupsiya və Qanun" qəzetinə istinadən Trend-ə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, millət vəkili Fuad Muradov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının korrupsiya və rüşvətxorluqla bağlı çıxışına münasibət bildirərkən deyib.
Prezident İlham Əliyevin iclasda səsləndirdiyi fikirləri təqdirəlayiq hesab edən F.Muradov qeyd edib ki, sahibkarların tez-tez yoxlanılması bir çox məsələlərə mənfi təsirini göstərir: "Bəzi yoxlama qurumlarının orta və kiçik sahibkarlığa maneələr törətməsi dövlət büdcəsinə, insanların gündəlik həyatına təsirsiz ötüşmür. Bu cür yoxlamalar iş yerlərinin bağlanmasına gətirib çıxarır. Bu gün ən vacib məsələlərdən biri kiçik və orta sahibkarlığa dəstəkdir. Ona görə də prezident İlham Əliyev iclasda bu istiqamətdə çox ciddi tapşırıqlar verdi və inanıram ki, müvafiq sturkturlar bundan çox ciddi nəticə çıxaracaqlar".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı