Azərbaycan İdeyası

Şəhid qızının ölümünü araşdıran müstəntiq işdən çıxarıldı - SƏBƏB

Tarix:12-02-2018, 14:01
Baxış Sayı:267

  Şəhid qızının ölümünü araşdıran müstəntiq işdən çıxarıldı - SƏBƏB

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işini araşdırmış müstəntiq vəzifəsindən kənarlaşdırılıb.
Səbail rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasovun sərəncama götürüldüyü bildirilir.
Məlum olub ki, Vüqar Abbasovun rəhbərliyi ilə aparılan istintaq zamanı qəzanı Rəhim Rəhimovun yox, onların ailə sürücüsü olan Əmrulla Şahbazovun törətdiyi göstərilib.
Rəhim Rəhimovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun icraatında araşdırılır.
İttihama görə, ötən il noyabrın 8-də Səbail rayonu, Salyan yolu küçəsində Bakı şəhər sakini, 42 yaşlı Könül Əkbərova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən “Cip Qrand Çeroki” markalı avtomaşınla vurulub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Sürücü isə hadisə yerindən qaçıb.
İstintaq zamanı hadisə yerinə və avtomaşına, həmçinin ərazidəki təhlükəsizlik kameralarına baxış keçirilib, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə olunub, məhkəmə-tibb ekspertizası aparılıb.
Pofilaktiki tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim Rəhimov könüllü olaraq Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gələrək özünü istintaqa təqdim edib.
Qeyd edək ki, Rəhim Rəhimovun atası Akif Rəhimovun Xırdalan-Xəz Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri olduğu bildirilir.
Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri cinayət işinin araşdıran müstəntiqin dindirilməsi barədə qərar qəbul edib.
Fevralın 13-də keçiriləcək iclasda cinayət işinin araşdıran müstəntiq Vüqar Abbasovun dindiriləcəyi gözlənilir.(ölkə.az)
Baş Ələt stansiyasında yeni yoldəyişənlər quraşdırılır Media ekspertləri internet əxlaqsızlığına qarşı... Kişilər qadınlardan daha məntiqli düşünürlər - FƏRQLƏRDədə Şəmşirin vəfatının 38-ci ildönümü qeyd edildi - FOTOLARMəsciddə partlayış törətməyə çalışan şəxs həbs edildi İdrak Liseyi - Keyfiyyətli təhsil N.Tusi adına Klinika
Müsahibə“Ailə cəmiyyətin əsası və insanlığın akademiyasıdır” - MÜSAHİBƏCəmiyyət Bakıdan Bərdə-Ağdam istiqamətinə sərnişin qatarı getməyəcək Maraqlı Ləl-cəvahirat ilbizdən yaranır – Elmi-lədun araşdırma İqtisadiyyat Millət vəkili Baltik Assambleyasında “Azərbaycanda alternativ enerji” mövzusunda çıxış edib Gündəm “Onlardan əl çəkin!” – Psixoloq 134 saylı məktəbin şagirdlərinin müdafiəsinə qalxdı

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı