Azərbaycan İdeyası

Bakıda Hökümət Evində pul üstündə dava - Keçmiş icra başçısı polisə müraciət etdi

Tarix:12-02-2018, 14:32
Baxış Sayı:294

 Bakıda Hökümət Evində pul üstündə dava - Keçmiş icra başçısı polisə müraciət etdi



Bakıda Kənd Təsərrüfatı Nazirliyinin Lizinq sektorunda müdirlə işçilər arasında insident baş verib.
Nazirliyin Texniki siyasət şöbəsinin müdir müavini, Lizinq sektorunu müdiri Ağayev Mübariz Alı oğlu Bəxtiyar və Mədinə adlı şəxslərdən Səbail rayon Polis İdarəsinə şikayət edib. Belə ki, adları çəkilən şəxslər fevral ayının 7-də Mübariz Ağayevin otağına girərək səs-küy salıblar, nəticədə sektor müdiri polisə müraciət etmək məcburiyyətində qalıb. Toplanmış materiallar araşdırılması üçün aidiyyatı üzrə Səbail RPİ-nin 39-cu polis bölməsinə göndərilib.
Baş vermiş hadisə ilə bağlı şikayətçi Mübariz Ağayev faktı təsdiq edərək bildirib: “ həmin şəxslər şöbənin işçiləridir, ana və oğuldurlar. Gəlib məndən pul tələb ediblər ki, xəstəmiz var, kömək elə. Mən də onlara pul verməkdən imtina etdim. Dedim məndə pul var? Onlar da üstümə hücum çəkdilər. Mən də polisə şikayət etmək məcburiyyətində qaldım”.
Qeyd edək ki, Mübariz Ağayev bundan öncə Quba və Göyçay rayonlarının icra başçısı vəzifəsində çalışıb.(ölkə.az)
Baş Ələt stansiyasında yeni yoldəyişənlər quraşdırılır Media ekspertləri internet əxlaqsızlığına qarşı... Kişilər qadınlardan daha məntiqli düşünürlər - FƏRQLƏRDədə

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı