Azərbaycan İdeyası

Həbs olunmuş “Quska” Azərbaycana belə gətirildi - YENİLƏNİB - FOTO

Tarix:23-04-2018, 13:35
Baxış Sayı:271

 Həbs olunmuş “Quska” Azərbaycana belə gətirildi - YENİLƏNİB - FOTO


Almaniyada yaşayan keçmiş deputat və biznesmen, "Quska" ləqəbli Hüseyn Abdullayevin Azərbaycana ekstradisiyasının görüntüləri yayılıb.

Korupsiya-q.az oxu.az-a istinadən həmin kadrları təqdim edir.
Qeyd edək ki, H. Abdullayev iki gün əvvəl Türkiyədə saxlanılıb. O, vergi cinayətlərində ittiham olunaraq axtarışa verilmişdi.
Həbs olunmuş "Quska" Bakı hava limanında

----------
10:56

Beynəlxalq axtarışda olan sabiq deputat Hüseyn Abdullayev xaricdə tutularaq Azərbaycana gətirilib.
Korrupsiya-q.az APA-ya istinadən məlumatına görə, H. Abdullayev "İnterpol" tərəfindən Türkiyədə saxlanılıb və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verilib. Azərbaycana gətirilən H. Abdullayev Vergilər Nazirliyinin istintaq idarəsinə təhvil verilib və hazırda onun ifadəsi alınır.
Daxili İşlər Nazirliyindən APA-ya H. Abdullayev Türkiyədə tutularaq Azərbaycana gətirilməsi xəbərini təsdiqləyiblər.
Qeyd edək ki, bu barədə ilk məlumatı "Qafqazinfo" saytı yayıb.
2012-ci ildə H. Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edilib.

---------
10:30

Xəbər verdiyimiz kimi, sabiq deputat Hüseyn Abdullayev saxlanılıb və Azərbaycana ekstradisiya edilib.
Korrupsiya-q.az Milli.Az a istinad istinadənən xəbər verir ki, Hüseyn Abdullayevin həbsi və ekstradisiyası iki ölkənin arasında əməkdaşlıq haqqında müqaviləyə uyğun olaraq həyata keçirilib.

Hüseyn Abdullayevə qarşı vergidən yayınma maddəsi ilə cinayət işi başlanılıb.

Bakı aeroportunda Hüseyn Abdullayevin ekstradisiyasını özündə əks etdirən kadrları təqdim edirik:

----------
09:43

Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, "Quska" ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.
Korrupsiya-q.az Milli.Az a istinad olaraq xəbər verir ki, bu barədə qafqazinfo-ya özəl mənbələrdən məlumat daxil olub.
Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb.
O bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.
Xatırladaq ki, H. Abdullayev bir neçə ildir ki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı