Azərbaycan İdeyası

QARABAĞ ƏLİLİ: - KOMPENSASİYADAN NƏ XƏBƏR?

Tarix:24-04-2018, 13:26
Baxış Sayı:298



Laçın rayonunun Mişni kəndindən olan məcburi köçkün Qarayev Xudayar Oruc oğlu redaksiyamıza ünvanladığı ərizəsində bildirir ki, ailəsi 6 nəfərdən ibarətdir. Özünün əmək qabiliyyəti, ailəsində başqa işçi qüvvəsi yoxdur. 1992-ci ildə Vətəni müdafiəsi üçün könüllü olaraq 713 nömrəli batalyonun sıralarna qatılıb. Elə həmin ilin sonlarında Laçın batalyonunun komandiri Akif Səlimovun rəhbərliyi altında vuruşub. 1994-cü il mart ayının 13-də Füzuli rayonunda gedən ağır döyüşlərdən birində minaya düşüb və ağır yaralanıb. Füzulidə yerləşən xəstəxanalardan birində ağır cərraahi əməliyyat keçirib. Bir müddət həkim nəzarətində qaldıqdan sonra 1995-ci ilin martında Daqxdili İşlər Nazirliyinin hospitalında təkrar əməliyyata məruz qalıb və nəticədə ona ikinci qrup əlillik dərəcəsi təyin olunub. Hazırda Prezident təqaüdü alır. 2014-cü ildə möhtərəm Prezidentin müharibə əlillərinə göstərdiyi qayğılı münasibətin ifadəsi olaraq Qarayevə "Nazlifan" minik maşını hədiyyə edilib.
Lakin Xudayar hələ də indiyədək Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulan kompensasiyanı ala bilməyib. Odur ki, redaksiyadan bu məsələni ictimailəşdirərək, əlaqədar instansiyaların diqqətinə çatdırmağı xahiş etmişdir.
Xudayar kimi oğullar xalqımıza, vətənimizə sədaqətini öz qanıyla sübut edib və şərəfli bir yol keçiblər. Xatırladaq ki, Qarabağ müharibəs əlillərinə, şəhid ailələrinə və veteranlarına güzəştlər ləğv ediləndən sonra müharibə veteranlarına dərman preparatlarının alınması, kommunal xərclərin ödənilməsi və nəqliyyatdan istifadə üçün kompensasiya şəklində 50 manat verilir. Ancaq Qarabağ müharibəsi veteranı əgər yaş həddinə və yaxud əlilliyə görə təqaüdə çıxırsa, ona verilən 50 manat kompensasiya kəsilir. Dünyanın heç bir ölkəsində belə praktika yoxdur.


OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı