Zərdab rayonunda qeydiyyatda olan, hazırda Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş. Məmmədov ünvanda yaşayan İsayev Cahid Abdulmanaf oğlu redaksiyamıza ərizə ilə müraciət etmişdir. İsayev bildirir ki, 2-3 il bindan əvvəl Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinə müraciət edərək, əlilliyinin təsdiqi üçün lazım olan sənədlərin hazırlanması üçün köməklik göstərilməsini xahiş etmiş, öz növbəsində Cəmiyyət onun sənədlərinin toplanılaraq lazımi orqanlara göndərilməsini təmin etmişdir. Yazır ki, səhhətində ciddi problemlərinin olmasına baxmayaraq, onunla heç bir aidiyyati dövlət orqanı maraqlanmamışdır: "2016-cı il noyabrın 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümov rayonumuza yerli əhali ilə görüşümüzə gəldi. Qərara aldım ki, nazirlə görüşüm və ondan köməklik istəyim. Məqsədimdən duyuq düşən həkim komissiyasının sədri məni kənara çəkib dedi ki, sənin işin həll olunmq üzrədir. Mən nazirlə üzbəüz görüşəndə də həkim nazirə müraciət edərək bildirdi ki, "cənab nazir, narahatçılığa səbəb yoxdur, bu vətəndaşın işini tezliklə yoluna qoyacağıq". Lakin üstündən bir il ötməsinə baxmayaraq, mən hələ də soyuq, etinasız münasibətin qurbanına çevrilmişəm. Ayağım artıq çürüməkdədir. Fiziki əzablarım bir yana, hüqularımın pozulamsındam çəkdiyim mənəvi ağrı da dözülməzdir. Təxminən bir ay əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim. Lakin məni birinci mərtəbədən yuxarı buraxmadılar. Mənə dedilər ki, "nazir-mən, nazir də mən deyəni deyəcək sənə".
Arıq bütün dövləıt orqanlarından əlini üzən vətəndaş İsayev "4-cü hakimiyyət" hesab etdiyi KİV-dən kömək istəyir və probleminin ictimailəşdirilməsini redaksiyadan xahiş etmişdir. O, ərizəsinə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının "aldığı yaranın Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma olduğunu" təsdiqləyən qərarının surətini və Tibbi Sosial Ekspert Komissiyasının "sol diz oynağında qəlpə yarası olduğunu" təsdiqləyən cavablarını da qoşma etmişdir.