Azərbaycan İdeyası

KÖÇKÜN KÖÇKÜNÜ ALDATDI, QAZANAN BANKLAR OLDU

Tarix:4-07-2018, 14:34
Baxış Sayı:481



Problemli kreditlərin həcminin artmasında bankların məsuliyyəi heç də az olmadı. Belə ki, 2015-ci il devalvasiyalarına qədər banklar müraciət edən şəxsin ödəmə qabiliyyətini yoxlamadan vətəndaşlara kreditin verilməsini həyata keçirirdilər. Buna görə də həmin kreditlərin bir qismi geri qayıtmırdı. Elə şəxslər var ki, üç bankdan yüksək məbləğdə kredit götürüb. Bir banka olan borcunu ödəmək üçün digər bankdan kredit götürülməsi də problemli kreditlərin həcminin artmasına gətirib çıxardı. Halbuki, banklar bu məsələni əvvəldən araşdırıb üzə çıxarmaq imkanlarına malikdirlər.
"Əlimyandı" vəziyyətdə olan insanlar banka üz tutur, hansı şərtlə olur-olsun, borc götürürlər. Əhaliyə verilən təminatsız kreditlər bahalı olduğundan, faizlərin yüksək olması sonradan ödənişlərdə çətinlik törədir. Bundan əlavə, vətəndaşların vacib olmayan istiqamətlər üzrə kreditlər götürməsi, öz gəlirlərini düzgün qiymətləndirməməsi sonradan kreditin geri qaytara bilməməməsinə gətirib çıxarır. Biri digərinə borc verən, yaxud borcunu geri istəyən vətəndaşlar da banklara işləri düşdükcə, sanki bataqlığın dibinə enirlər. Nəticədə qohum qohumla, həmkar həmkarla, həmyerli həmyerli ilə üz-göz olur.
Qubadlı rayonunun Xocahan kəndindən məcburi köçkün düşmüş, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ev 3/22, mənzil 6-da müvəqqəti məskunlaşmış vətəndaş Həsənova Mahirə Əyyub qızı redaksiyamıza ərizə ilə müraciət edərək, Qubadlıdan olan digər köçkün, keçmiş iş yoldaşı Xəlilova Nübar Vaqif qızı tərəfindən aldadılaraq dərin borca düşdüyünü bildirmişdir:
"Məndən müxtəlif vaxtlarda üst-üstə 33000 manat pul alıb, qaytarmayıb. Hələ bu azmış kimi müxtəlif mağazalarından mənim adımı öz anası kimi verərək, məişət əşyaları alıb, pulunu ödəmədiyinə görə həmin dükanlardan zəng vurub məni narahat edirlər".
M.Həsənovanın ürəyiyumşaqlığından istifadə edən N.Xəlilova bütün elədikləri azmış kimi oğlunun xəstə olduğunu deyib, onu İrana müalicəyə aparmaq üçün pul əldə etməyə köməklik etməsi üçün yalvarıb. M.Həsənovanı dilə tutaraq özü ona zamin durmuş, onun adına 19.06.2013-cü il tarixdə "Bank of Baku"-dan 6250 ABŞ dolları ( o vaxtkı kursla 6500 AZN edirmiş) borc götürüb. Borcu Mahirə xanım özü ödəmək zorunda qalıb. Nübarın atası deyib ki, onlara heç bir bank pul vermir. Təklif edib ki, M.Həsənova öz adına bankdan pul götürsün, tədricən özləri aybaay ödəyərlər. M.Həsənova Vaqif Xəlilova inanıb 23.07.2013-cü il tarixdə UNİBANK-dan 3000 manat nağd istehlak krediti götürüb, lakin faizi ilə birgə 4443 manat təşkil edən həmin borcu da özü ödəmək məcburiyyətində qalıb. Nübarın valideynləri bir il ahirə xanımı aldadıblar ki, bəs Milli Bankdan pul götürüb onun borcunu qaytaracaqlar. Bu vədin də yalan olduğunu görən M.Həsənova məcbur olub N.Məmmədovanı polisə şikayət edəcəyi ilə qorxudur. Bundan sonra N.Məmmədova maaş kartını M,Həsənovaya verib, deyib ki, yenə öz adına pul götür, tədriclə kartla ödə. Kart 2014-cü ilin sentyabr ayından 2016-cı ilin aprel ayına kimi ikincidə qalıb. Nübar həmçinin, Mahirə xanıma Qurtuluş qəsəbəsində evi olduğunu, onu satıb əldə pul edəcəyini vəd edib. Beləliklə, M.Həsənova ona inanaraq 08.09.2014-cü il tarixdə UNİBANK-dan 6400 dollar götürüb. Nübar həmin puldan 500 manat götürüb gedib.
"Düz sentyabr ayının 26-na kimi Nübar hər gün bizə gəlib deyirdi ki, bəs atam deyir Mahirə müəlliməni görəndə xəcalət çəkirəm, qoy o, bankdan pul götürüb verəcəklərini paylasın, biz ödəyərik. Qardaşı Xəlilov Kəramətdin Vaqif oğlu mühafizəçi işlədiyi "kapitalbank"dan 26.09.2013-cü ildə mənim adıma 4000 və 5300 manat olmaqla iki kredit götürdü. Elə bankdaca bacı-qardaş həmin pulun 1100 manatını götürüb getdilər. 8200 mnat isə mən aparıb borc ödədim. Bu günə kimi 3 banka borc ödəmişəm. Sonradan Nübar məndən özü ödəyəcəyini vəd edərək, 500 manatlıq Bolkartı, 150 manatlıq Gümüşkartı da aldı, yenə yalançı çıxdı. Bütün bunlardan başqa, müxtəlif vaxtlarda məndən 1600, 500, 620, iki dəfə 150, 800, iki dəfə 100 manat məbləğlərində pullar alıb, qaytarmayıb".

Ceyhun Dadaşov

OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA