Azərbaycan İdeyası

Bu çörəklər sağlamlığımız üçün zərərlidir - Ekspert

Tarix:28-08-2018, 15:18
Baxış Sayı:367

  Bu çörəklər sağlamlığımız üçün zərərlidir - Ekspert


Son vaxtlar paytaxtda satılan çörəklərin tərkibi ilə bağlı redaksiyaya daxil olan şikayətlərin sayı artıb. Vətəndaşlar xüsusilə çörəyin böyüklüyündən, bu səbəbdən də içinin xəmir olmasından şikayətçidir.
Bərəkətin dadından ləzzət ala bilməyən vətəndaşlar problemi çörək sexlərinə, zavodlara nəzarət edilməməsində görürlər.
Problemlə əlaqədar açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, son zamanlar onlara da çörəklə bağlı daxil olan şikayətlər artıb.
E.Hüseynov bildirib ki, bu ilin iyulun 1-dən etibarən çörəklə bağlı standartlar məcburi hesab olunmur:
"Yəni kim necə istəsə, çörəyi o formada hazırlayıb bazara çıxara bilər. Qiymətlərə də heç kimin müdaxilə etmək hüququ yoxdur.
Üzü qırmızı qaysaq bağlayan zavod çörəklərində adətən şəkərin miqdarı çox olur. Belə çörəklər insanların sağlamlığı üçün zərərlidir. Qətiyyən məsləhət deyil, xüsusilə uşaqlara.
Çörəklərlə bağlı xüsusi bir monitorinq aparılmır. Yalnız daxil olan şikayətlər araşdırılır. Hazırda ölkədə çörəklərlə bağlı problemlər var".
E.Hüseynov bildirib ki, bu gün Azərbaycanda çörəkbişirmə bazarın ən liberallaşmış biznesidir. Kim harda istəsə, çörək istehsal edə bilər:
"Bəzən çörək istehsalında tərkibində ağır metallar olan, yodlaşdırılmayan duzlardan istifadə olunur.
Çörəklə bağlı şikayətlər daha çox iki formada olur: çörəyin tez bir zamanda xarab olması və içərisinin yapışqan olması. Bu o deməkdir ki, çörəyin tərkibindəki unda və ya bişirildiyi avadanlıqda problem var. Bəzi çörək sexlərində çörəyin bişirildiyi avadanlıq bakteriyalarla zənginləşdiyi üçün çörəkdə kartof xəstəliyi əmələ gəlir. Belə şərtlərdə çörək istehsalı dayandırılmalı, avadanlıqlar yuyulub-təmizlənməlidir".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, agentliyə daxil olan şikayətlərin araşdırılması üçün xüsusi təftiş şöbəsi var:
"Vətəndaşın aldığı çörəklə bağlı şikayəti varsa, agentliyin "Qaynar xətti"nə müraciət edə bilər. Çörəyi aldığı yer, çörəyin hansı şirkətə məxsus olduğunu bildirdiyi təqdirdə şikayət araşdırılır".

axar.az

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı