Azərbaycan İdeyası

Aşurada şagirdlərin dərsdən yayınmasına görə valideynlər də məsuliyyət daşıyacaqlar - RƏSMİ

Tarix:3-09-2018, 14:55
Baxış Sayı:221

 Aşurada şagirdlərin dərsdən yayınmasına görə valideynlər də məsuliyyət daşıyacaqlar - RƏSMİ


"Məhərrəm ayı, o cümlədən Aşura mərasiminin keçirilməsi dərs dövrünə təsadüf edir. Aşura günü şagirdlər dərsdə olmalıdırlar. Biz uşaqların hüquqları ilə bağlı qanunvericiliyə riayət etməliyik və onlar dərsdən yayınmamalıdırlar".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, həmin dövrdə uşaqların dərsdən yayınmasına görə valideynlər də məsuliyyət daşıyacaqlar.
S.Heydərov qarşıdan gələn Məhərrəm ayında dini mərasimlərin sivil formada qeyd olunacağına ümid etdiyini bildirib:
"Məhərrəm ayı son illər ərzində adət formasında keçirilir, bu il də belə keçiriləcək. Son illərdə Məhərrəm ayı ilə bağlı yaxşı tendensiya müşahidə edirik. Aşura mərasimi qanunlara hörmət edilərək, daha sivil formada keçirilir. Baş yarmaq və digər hərəkətlər demək olar ki, yox dərəcəsindədir. Bu da maarifləndirmə işlərinin nəticəsidir".(Modern.az)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı