Azərbaycan İdeyası

“Windows”da təhlükəli boşluq aşkarlandı

Tarix:11-09-2018, 17:10
Baxış Sayı:333


 “Windows”da təhlükəli boşluq aşkarlandı

“Windows” əməliyyat sistemində “sıfır günü” (Zero Day) boşluğu aşkarlanıb.
Korrupsiya-q.az xarici KİV-ə istinadən xəbər verir ki, boşluqdan yararlanan cinayətkarların əməllərindən Rusiya, Polşa, Almaniya, Böyük Britaniya, ABŞ, Hindistan, Çili, Ukrayna və Filippin istifadəçiləri ziyan çəkib. “Zero Day” boşluğu “Windows” sisteminin 7-10-cu versiyalarına şamil edilir və işlərin planlaşdırılması funksiyası ilə əlaqədardır.
Boşluq eksploytu açıqlanandan sonra mütəxəssislər müəyyənləşdirib ki, onu məqsədli hücumlar üçün “PowerPool” kiberqruplaşması istifadə edir: hakerlər tərəfindən kod dəyişdirilib və təkrar kompilyasiya olunub. Cinayətkarlar yenilikləri izləyir və yeni eksploytları operativ tətbiq edir.
Bildirilir ki, əvvəlcə istifadəçiyə proqramı kompüterə quraşdıran və toplanan məlumatları hakerlərə ötürən zərərli məktub göndərilir. Kompüter cinayətkarları maraqlandıran zaman ona ikinci mərhələli bekdor quraşdırılır. “Zero Day” boşluğu hakerlər tərəfindən inzibatçılıq imkanlarının genişləndirilməsi üçün istifadə olunur.
“Zero Day” mühafizə mexanizmləri hazırda mövcud olmayan və ya boşluqları aradan qaldırılmayan zərərli proqramlar terminidir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı