Azərbaycan İdeyası

"Laçın" Ticarət Mərkəzinin qızıl alverçisi məhkəmə zalında həbs edilib

Tarix:14-11-2018, 11:57
Baxış Sayı:275



Korrupsiya-q.az REPORT.AZ-a istinadla bildirir ki, Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Minarə Fərzəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. M.Fərzəliyeva barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və o, məhkəmə zalında həbs olunub.
İttihama görə, M.Fərzəliyeva qızıl ticarəti adı ilə Zümrüd Göyüşovaya məxsus "Laçın" Ticarət Mərkəzində qızıl dükanından 132 min manat dəyərində qızıl alıb və geri qaytarmayıb. Məhkəmə dövründə M.Fərzəliyeva barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
M.Fərzəliyeva Cinayət Məcəlləsinin 178.3.2-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı