Azərbaycan İdeyası

"Odlar Yurdu" Universitetinin keçmiş müəlliminə hökm oxundu

Tarix:26-09-2017, 13:03
Baxış Sayı:8 408


 "Odlar Yurdu" Universitetinin keçmiş müəlliminə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun Nəcəfov və Hüseynağa Əsədovun məhkəmə iclası başa çatıb.
Korrupsiya-q.az-ın Report-a istinadən məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə C.Nəcəfov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan H.Əsədovun barəsində isə şərti cəza verilib.
Qeyd edək ki, C.Nəcəfov və H.Əsədov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.
Onlardan C.Nəcəfov barəsində həbs-qətimkan tədbiri seçilsə də, H.Əsədov zamindədir.
Xatırladaq ki, H.Əsədov "Odlar Yurdu" Universitetində dərs deyib. Hazırda təqaüddədir. Onların universitetə "tələbə düzəltmək" adı ilə dələduzluq etdikləri bildirilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı