Azərbaycan İdeyası

Çingiz Qənizadə: Şəmkirdə yeyib-içən deputatlar iclasda iştirak etməlidirlər

Tarix:15-11-2018, 17:02
Baxış Sayı:246

 Çingiz Qənizadə: Şəmkirdə yeyib-içən deputatlar iclasda iştirak etməlidirlər

Saat 12-də Milli Məclisdə qeydiyyatdan keçən, saat 4-də isə gedib Şəmkirdə yeyib-içən deputatlar bilməlidir ki, onlar iclasda iştirak etməlidirlər.
Korrupsiya - q.az xəbər verir ki, bunu deputat Çingiz Qənizadə parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, belə deputatların əgər ayrı işləri varsa, gedib, birdəfəlik onunla məşğul olsunlar:
“Günün ikinci yarısında iclasların davam etdirilməsi məsələsi tamamilə doğrudur, və qaydalara uyğun olduğu üçün də mən bunu dəstəkləyirəm. Həmçinin hesab edirəm ki, deputatların əvəzinə, Milli Məclis əməkdaşlarının, texniki işçilərin səsverməsi, düyməni basması yaxşı hal deyil. Jurnalistlər də burdadır, istəmirəm ki, dediklərim başqa səmtə yozulsun. Amma bu məsələ Milli Məclisə, bizim fəaliyyətə kölgə salır. Deputatsansa, axıracan iştirak etməlisən və öz yerinə də səs verməlisən”.
Deputat İlham Əliyev isə həmkarı ilə razılaşmayıb:
“Günün ikinci yarısında iclasda iştirak edib-etməmək deputatın öz işidir. Buna kimsə qarışa bilməz. Hər bir deputat yalnız özünə cavabdehdir”.
Spiker Oqtay Əsədov isə ikinci hissədə deputatların parlamentdə iştirak məsələsinə belə reaksiya verib:
“Çox vaxt birinci hissədə iştirak edən deputatların 30 faizini ikinci hissədə iştirak etmir. Ona görə də yəqin bunun forması həm də ikinci hissəyə başlamadan əvvəl təkrar deputatların qeydiyyatdan keçməsi ola bilər”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı