Azərbaycan İdeyası

POLİS GERÇƏK KİMLİYİNİ DƏQİQLƏŞDİRMƏK İSTƏMƏDİYİ REAL ŞƏXS BARƏDƏ ŞİKAYƏTİ MƏHKƏMƏYƏ GÖNDƏRMƏYİ TÖVSİYƏ EDİR

Tarix:17-12-2018, 12:45
Baxış Sayı:513

Qəzetimizin ötən sayında Füzuli rayonunun Kürdmahmudlu kəınd sakini Hüseynova Günəş Həbib qızının, Bakı şəhəri Ə.Hüseynzadə küçəsi - 85 ünvanda yaşayan Cahangirova Fəridə Abdul qızı və Ucar rayonunun Şahlıq kənd sakini Murad Amalya Çingiz qızının ərizəsi əsasında hazırlanmış "Vətəndaşları aldadıb pullarını mənimsəyən qadın niyə axtarılmır?" sərlövhəli məqalə dərc olunmuşdu. Söhbət onların özünü "Sevda Əliyeva" kimi tanıtmış bir qadın tərəfindən aldadılmalarından, həmin qadının onların hərəsindən müxtəlif bəhanələrlə (özlərini və ya yaxın adamlarını işə düzəldəcəyi vədi verərək və s.) müxtəlif məbləğlərdə pul və qiymətli əşyaları alaraq qaytarmamasından gedirdi. Sevdanın istifadə etdiyi telefon nömrəsini bilmələrinə, onunla əlbir olduğuna dair ciddi şübhələr ortaya çıxmış taksi şoferini tanıdıqlarına baxmayaraq, polis həmin qadının gerçək kimliyini müəyyən etməyə tələsmir.
Həmin məqalədən bəzi sitatların altını cızırıq: "G.Hüseynova və digər onun kimi aldadılmış şəxslər istəyirlər ki, Sevda kimi tanıdıqları qadın tapılsın, onların pullarını geri qaytarsın, dələduzluq əməllərinə görə məsuliyyətə cəlb olunsun, başçılıq etdiyi dəstənin üzvləri də iştirak dərəcələrinə görə cəzalarını alsınlar. Amma əlbəttə, buna qədər Sevdanın əsl kimliyi müəyyənləşdirilməlidir ki, bu da hüquq-mühafizə orqanlarının işidir. Bunu etmək isə indiki tanıma texnologiyaları ilə çətin deyildir - ortada Sevdanın üz cizgilərinin dəqiq əks olunduğu fotoşəkil, rabitə kanallarının saxlancında zəng qeydləri, səs yazıları vardır. Bakı şəhər Baş Polis İdarəsi Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən isə Günəş Hüseynovaya məktubla yazıb tövsi ə ediblər ki, ərizəsi mülki xarakter daşıdığı üçün məhkəmə orqanlarına müraciət etsin. Maraqlıdır, bəyəm məhkəmə kimliyi müəyyən olunmayan adam haqqında şikayəti qəbul edərmi?"
Məhz bu sualla yekunlaşan məqalənin dərc olunduğu qəzet nüsxəsini müşayiətedici məktubla 05.10.2018-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinə göndərmişdik. Qəribədir ki, Bakı şəhər Baş Polis İdarəsinin 07.11.2018-ci il tarixli cavab məktubunda da sonuc olaraq məsələ mülki xarakterli mübahisə kimi tövsif olunaraq məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Belə çıxır ki, cavab məktubunun müəllifi, BŞBPİ -nin İctimai Təhlükəsizlik idarəsinin rəisi Nurullah Məmmədxanlı sanki həmin sualı görməmişdir.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı