Azərbaycan İdeyası

VƏTƏNDAŞLARI ALDADIB PULLARINI MƏMSƏYƏN QADIN NİYƏ AXTARILMIR?

Tarix:2-10-2018, 16:33
Baxış Sayı:164


Bir qrup vətəndaş Korrupsiya və qanun" qəzetinin redaksiyasına ərizə ilə müraciət edərək,
özünü Sevda Əliyeva kimi tanıtmış bir qadın tərəfindən aldadıldıqlarını, hərəsindən müxtəlif
bəhanələrlə (özlərini və ya yaxın adamlarını işə düzəldəcəyi vədi verərək və s.) müxtəlif
məbləğlərdə pul və qiymətli əşyaları alaraq qaytarmadığını bildirmişlər. aladadılanlar -
Hüseynova Günəş Həbib qızı, Cahangirova Fəridə Abdul qızı, Murad Amalya Çingiz qızı
bildirirlər ki, hər dəfə ondan verdikləri pulu və digər qiymətli əşyaları istədikdə vaxtı uzadır,
müxtəlif bəhanələrlə boyun qaçırır. Onların sözlərinə görə, Sevdanın toruna düşüb aldanan
şikayətçilərin sayı çoxdur, Sevda hamısını aldadaraq külli miqdarda pullarını ələ keçirmişdir.
Şikayətçilərin verdiyi məlumatlar sırasında Sevdanın istifadə etdiyi telefon nömrəsi də vardı. Biz
həmin nömrəyə zəng vurduq. Şikayətçilərin bildirdiklərinin təsdiqi olaraq həmin nömrəyə zəng
çatmadı. Etibarlı mənbədən həmin nömrənin mobil rabitə operatorunda kimin adına
rəsmiləşdirildiyini öyrəndik. Həmçinin məlum oldu ki, nömrənin istifadəçisi də, ondan başqa
Sevdanın daimi olaraq taksi kimi xidmətindən istifadə etdiyi sürücü də əslən Füzuli
rayonundandırlar (ikincinin haqqında da məlumatı şikayətçilər vermişdilər-red.) .
Sürücüyə zəng vurduq. Telefonu açdı, ondan Füzuli rayonunda filankəs adlı şəxsi tanıyıb-
tanımadığını soruşduq. Bildirdi ki, həmin adam onun qardaşıdır. Hansı məsələ ilə əlaqədar
araşdırma apardığımızı deyib görüşməyi təklif etdik. Görüşəndə söhbət əsnasında məlum oldu ki,
Sevda taksi şoferinin qardaşının adına olan telefon nömrəsindən istifadə edirmiş.
Əslən Füzuli rayonunun Kürdmahmudlu kəndindən olan Günəş Hüseynovanın verdiyi məlumat
və həmin informasiya əsasında apardığımız araşdırma isə belə qənaətə gəlməyimizə əsas verdi
ki, zərərçəkənlərin Sevda kimi tanıdıqları qadın tək deyil, dəstəsi var. Sürücü də, qardaşı da
həmin dəstənin üzvləridirlər. Günəş xanım pulu Sevdaya verəndə o da Günəşin gözü qarşısında
həmin pulu sürücüyə verib. Taksi şoferini "iş düzüb-qoşan" əsas vasitəçi kimi təqdim edib.
Hərçənd, taksi sürcüsü pulu Sevdanın sözü ilə aldığını, Günəşdən aralanan kimi yenidən
Sevdaya qaytardığını desə də, şikayətçi necə deyərlər, onun "yaxasından möhkəm yapışıb".
Dediyinə görə polis sahə müvəkkilini də xəbərdar edib. Lakin sürücü rəsmi şikayət olunmasın
deyə polisin yanında özünün plastik kartını G.Hüseynovaya verib ki, pulu aybaay bankomatdan
çıxarsın. Maraqlıdır ki, polis onların öz aralarında məhz bu cür razılığa gəldiyini düşünərək,
müdaxilə etməyib.
Lakin G.Hüseynova və digər onun kimi aldadılmışşəxslər istəyirlər ki, Sevda kimi tanıdıqları
qadın tapılsın, onların pullarını geri qaytarsın, dələduzluq əməllərinə görə məsuliyyətə cəlb
olunsun, başçılıq etdiyi dəstənin üzvləri də iştirak dərəcələrinə görə cəzalarını alsınlar. Amma
əlbəttə, buna qədər Sevdanın əsl kimliyi müəyyənləşdirilməlidir ki, bu da hüquq-mühafizə
orqanlarının işidir. Bunu etmək isə indiki tanıma texnologiyaları ilə çətin deyildir - ortada
Sevdanın üz cizgilərinin dəqiq əks olunduğu fotoşəkil, rabitə kanallarının saxlancında zəng
qeydləri, səs yazıları vardır. Bakı şəhər Baş Polis İdarəsi Nəsimi rayon Polis İdarəsinin 21-ci
Polis Bölməsindən isə Günəş Hüseynovaya məktubla yazıb tövsiyə ediblər ki, ərizəsi mülki
xarakter daşıdığı üçün məhkəmə orqanlarına müraciət etsin. Maraqlıdır, bəyəm məhkəmə kimliyi
müəyyən olunmayan adam haqqında qəbul edərmi?

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu tərəfindən Ə R İ Z Ə+FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu tərəfindən Ə R İ Z Ə+FOTO
3 gün ardıcıl iş olmayacaq.
3 gün ardıcıl iş olmayacaq.
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb – Rəsmi
Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb – Rəsmi
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Bakıda 10 yeni metro stansiyası tikiləcək – Prezident Açıqladı
Bakıda 10 yeni metro stansiyası tikiləcək – Prezident Açıqladı
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı