Azərbaycan İdeyası

Reklam Çörəklə bağlı VACİB AÇIQLAMA - RƏSMİ

Tarix:22-01-2019, 13:39
Baxış Sayı:262

Reklam Çörəklə bağlı VACİB AÇIQLAMA - RƏSMİ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) satışa çıxarılan bəzi çörəklərin xəmirinin tərkibinə qlüten adlı maddənin əlavə edilməsinə münasibət bildirib.
BiG.AZ-ın məlumatına görə, AQTA-dan trend-in sorğusuna cavab olaraq bildirilib ki, qlüten dənli bitkilərdə, xüsusilə də buğdanın tərkibində olan elastik protein qrupundan olan zülaldır.
Qida məhsullarının tərkibində istifadə etmək üçün heyvan mənşəli jelatinin ən əhəmiyyətli alternativi hesab edilir. Dad, qoxu və ləzzət baxımından xoşagələn, iqtisadi baxımdan isə qənaətlidir.
Buğda, çovdar, arpa, yulaf kimi dənli bitkilərin çoxunun tərkibində olan qlüten daha çox çörək hazırlayarkən istifadə olunur.
Agentlikdən bildirilib ki, qlüten bitki mənşəli olduğundan insan orqanizminə faydalıdır. Əksər insanlarda qlüten mədə-bağırsaq tərəfindən asanlıqla mənimsənilir.
Lakin bəzi insanlarda qlütenə qarşı həssaslıq müşahidə edilir. Belə insanlara çölyak xəstəliyi diaqnozu qoyulur və absorbsiya pozuntuları ilə müşayət olunur:
"Yəni qidalanarkən qəbul olunan qida elementləri bağırsaqlar tərəfindən mənimsənilmir. Nəticədə orqanizmin immun sistemi zəifləyir, bir sıra xəstəliklərin yaranmasına və xroniki hala keçməsinə səbəb olur.

Bundan başqa qlütenə qarşı həssaslıq göstərən orqanizmlərdə şişkinlik, qəbizlik, inkişafdan qalma, bir sıra dəri xəstəlikləri, yorğunluq müşahidə olunur".

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Bakının bəzi marketlərində 9 manat 80 qəpiyə və 8 manat 90 qəpiyə üzərinə "qlütensiz çörəklər" satılır. Adi çörəkdən fərqlənməyən bu çörəklərin məhz qlütenə görə baha satıldığı deyilir.

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama