Azərbaycan İdeyası

Gəncləri hərbi hissələrə göndərəcəklər

Tarix:4-11-2015, 14:01
Baxış Sayı:497

Azərbaycanda hərbi-vətənpərvərlik düşərgələri təşkil ediləcək, məktəblilər, yeniyetmələr, gənclər hərbi hissələrdə təlim keçəcəklər.
"Korrupsiya və Qanun" qəzeti Milli.Az-a istinadən xəbər verir ki, bunu Gənclər və İdman nazirinin müavini İntiqam Babayev deyib.
Nazir müavini bildirib ki, vətənpərvərlik tərbiyəsi sahəsində həm Gənclər və İdman Nazirliyi, həm də digər dövlət və ictimai qurumlar tərəfindən kifayət qədər tədbirlər həyata keçirilir: "Biz vətənpərvərlik deyəndə, ilk növbədə, hərbi vətənpərvərliyi nəzərdə tuturuq. Çünki müharibəyə cəlb olunmuş, ərazi bütövlüyü pozulmuş ölkəyik. Ona görə də bu günə qədər mövcud olan ənənəvi hərbi-idman yarışlarının əsasnaməsi hər il dəyişir. Yəni hər il ötənilkindən fərqli olaraq müəyyən düzəlişlərlə onların daha da müasirləşməsinə diqqət yetiririk. Bunlar, ilk növbədə, "Şahin" və "Cəsurlar" hərbi-idman oyunlarıdır. Burada söhbət keyfiyyəti qorumaqla yanaşı, kəmiyyətin artırılmasından gedir. Bu yarışların kütləviliyinə mütləq ehtiyac var. Çalışırıq ki, Müdafiə və Təhsil nazirlikləri ilə birgə bu oyunlarda iştirak edən məktəblərin əhatəsini və məktəblilərin sayını daha artıraq və bu işi mütəşəkkil edək.
İ.Babayevin fikrincə, vətəpərvərlik təkcə hərbi deyil, həm də Azərbaycan dilinin, onun tarixinin və mədəni irsinin təbliğidir və bu gün buna böyük ehtiyac var: "Çünki biz qlobal dünyanın bir parçasıyıq. Bəzən deyirlər ki, qloballaşmaya qarşı çıxmaq lazımdır. Əslində bu gülüncdür. Çünki qloballaşmanın lehinə və ya əleyhinə olmağımızdan asılı olmayaraq o, hər yeri əhatə edir və biz də onun içindəyik. Bu, insanların xarici görünüşündən tutmuş həyat və düşüncə tərzinədək hər şeyə öz təsirini göstərir. Aydındır ki, gənclər nisbətən daha müasir olduğuna görə, onları boz bir auditoriyaya toplamaq, hansısa alimin tribunaya çıxıb vətənpərvərlik və ya tarix haqqında mühazirə oxuması ilə vətənpərvər etmək qəliz məsələdir. Zalda oturanların bir qismi, bəlkə də, özünə hansısa tarixi faktları, rəqəmləri qeyd edə bilər, amma digər tərəfdən, mühazirəçi köhnə dəblidirsə, bir müddətdən sonra gənclərin əli ilə sosial şəbəkələrin "qəhrəmanı"na çevriləcək. Gənclərə heç kim qadağa qoya bilməz ki, sən bu tədbiri mütləq bəyənməlisən. Deməli, həyata keçirilən layihələr interaktiv olmalı, öz hədəflərimizə müasir gəncin marağını gözləməklə, onların nəbzini tutmaqla çatmalıyıq".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı