Azərbaycan İdeyası

Eldar Mahmudov hələ də AzTV-yə gizli tapşırıqlar verirmiş - Sensasion iddialar

Tarix:25-01-2019, 11:13
Baxış Sayı:225


 Eldar Mahmudov hələ də AzTV-yə gizli tapşırıqlar verirmiş - Sensasion iddialar

Sabiq nazir hakimiyyətdəki məmurlar, hətta sənət adamları haqda qadağalar tətbiq edib, Alışanovu işdən çıxarıldığı günədək öz adamları vasitəsilə nəzarətində saxlayıb.
2015-ci ilin oktyabrında MTN çetesinin ifşasından sonra məlum oldu ki, sabiq nazir Eldar Mahmudov bir sıra nazirlikləri öz nəzarəti altına alıbmış, orada özünün adamlarını yerləşdirərək öz aləmində "dərin dövlət” qurubmuş. Tezliklə bu ifşa bir sıra dövlət məmurunun işdən çıxarılması və həbsi ilə nəticələndi. Amma bu çetenin tam ifşa olunmadığı barədə iddialar hələ də var.

O zaman Eldar Mahmudovun ən yaxın adamları sırasında bu günlərdə işdən çıxarılan AzTV sədri Arif Alışanovun da adı vardı. Məsələn, iddia olunurdu ki, Arif Alışanov Eldar Mahmudov və dəstəsini maliyyələşdirənlərdən olub. Məlumata görə, Arif Alışanovun Eldar Mahmudovun "tələsinə” düşməsinin səbəbkarı kürəkəni Orxan Əkbərov olub.
Orxan Əkbərov
Bildirilir ki, Orxan Əkbərov hələ 2012-ci ildə Vaşinqtonda təşkil olunan bir tədbirdən sonra Pensilvaniyaya gedərək Fətulla Gülənlə görüşüb. Onun Fətulla Güləndən bir çox məsələlərdə məsləhət aldığını sübut edən həmin görüşün dəlilləri MTN-ə göndərilib. Bu faktlardan istifadə edən Eldar Mahmudov ildə dövlət büdcəsindən 40 milyondan çox vəsaiti sümürən AzTV şefini "aylığa” otuzdurub. Üstəlik, ona müəyyən adamlar - o cümlədən hakimiyyətdəki məmurlar, hətta sənət adamları haqda göstərişlər verib, onların ekranda görünməsi və təbliğini sifariş edib. Eləcə də bəziləri ilə bağlı da qadağalar tətbiq edib. Amma media bu məsələnin üzərinə də çox gedə bilmədi.
A.Alışanov isə keçmiş milli təhlükəsizlik naziri ilə əlaqələrinin olmadığını "sübut etmək” üçün hətta onun atası akademik Əhməd Mahmudovla bağlı AzTV-nin hazırladığı verilişləri dövlət televiziyasının arxivindən silib. Bu barədə yazan yerli medianın xəbərində deyilirdi ki, AzTV-nin sədri bu addımı "MTN işi”ndən narahat olduğuna görə atıb.
Amma müəyyən səbəblərdən azadlıqda qalan E.Mahmudov Alışanovu yenə nəzarətsiz buraxmayıb. A.Alışanovun yanına hələ nazir olduğu vaxt bir neçə adamını yerləşdirib ki, onların hazırda "təmizlənməsi” prosesi başlanıb. Onlardan biri də Alışanovun "sağ əli”nə çevrilən Nadir Axundov olub. Eldar Mahmudovun bacanağı olan N.Axundovun qohumu nazir olduğu dönəmdə AzTV rəhbərliyinin qapısını az qala təpiklə açdığı deyilir.
Yanvarın 24-də "Mədəniyyət” kanalının müdir müavini Nadir Axundovun işdən çıxarılması barədə xəbər yayılıb (qafqazinfo). Amma sonra bu xəbər təsdiqlənməyib. Virtualaz.org isə yazır ki, N.Axundov hələ AzTV-də işlədiyi müddətdə bir sıra qalmaqallar və rüşvət ittihamları ilə gündəmə gəlib.
İxtisasca fleyta ifaçısı olan N.Axundov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla qohumluq əlaqələrindən istifadə edərək televiziyanı istədiyi kimi idarə edib. Əvvəl AzTV-nin Mədəniyyət Departamentinin rəhbəri olub, amma rüşvət alması ittihamlarından sonra "mədəniyyət” kanalına sədr müavini təyin olunub. Lakin burada da Muğam müsabiqəsi zamanı iştirakçılardan rüşvət alması, münsiflər heyətinin üzvlərini idarə etməsi kimi iddialar səsləndirilib.

mənbə: Yeni Müsavat

OXŞAR XƏBƏRLƏR
14 dərəcəyədək şaxta var
14 dərəcəyədək şaxta var
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
Hazırda qar yağan rayonlar - FAKTİKİ HAVA
Hazırda qar yağan rayonlar - FAKTİKİ HAVA
Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi
İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi
"Bu hakerlərin ən çox istifadə etdiyi yoldur" - AÇIQLAMA
"Bu hakerlərin ən çox istifadə etdiyi yoldur" - AÇIQLAMA
Bu metroların adları dəyişdirilir - Seçim belə olacaq
Bu metroların adları dəyişdirilir - Seçim belə olacaq
Prezident Administrasiyasında hüquq-mühafizə orqanları tərəfindən baş vermiş cinayət faktlarını gizlətmək məqsədiylə illərlə davam edən süründürməçilik variantından istifadə edilməsi həmin cinayət hadisələrindən minlərlə zərərçəkən vətəndaşların günd
Prezident Administrasiyasında hüquq-mühafizə orqanları tərəfindən baş vermiş cinayət faktlarını gizlətmək məqsədiylə illərlə davam edən süründürməçilik variantından istifadə edilməsi həmin cinayət hadisələrindən minlərlə zərərçəkən vətəndaşların günd