Azərbaycan İdeyası

Eldar Mahmudovun həbsi niyə gecikir?

Tarix:12-11-2015, 13:22
Baxış Sayı:450

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ev dustağıdır.
"Korrupsiya və Qanun" qəzetinə istinadən “Qafqazinfo”nun məlumatına görə, bu xəbəri “Yeni Müsavat” yayıb. Xəbərə görə, bununla bağlı qərar oktyabrın 17-də verilib. Qəzet yazır ki, Cinayət Məcəllənin 154.2.1-154.2.9-cu maddələrində nəzərdə tutulmuş qətimkan tədbirləri sırasında ev dustaqlığı da var. Ev dustaqlığı həbsə alternativ qətimkan tədbiri olduğundan şəxsin həbsə alınması barədə məhkəmənin qərarı alındıqdan sonra onun əvəzinə seçilə bilər. Yəni bu o deməkdir ki, oktyabrın 17-də işdən çıxarılan E.Mahmudov barədə həbs sanksiyası verilib, amma bu, ev dustaqlığı ilə əvəz olunub: “E.Mahmudov barəsində elə həmin gün həbs qərarının verilməməsi onun ciddi nəzarət altında saxlanıldığı versiyasını gücləndirib. Mənbəmiz isə iddia edir ki, sabiq nazir işdən çıxarılan gün onun barəsində həbs sanksiyası imzalanıb, bundan sonra isə onun ev dustaqlığı barədə məhkəmə qərarı verilib. Sabiq nazirə əmri ilə bərabər, həm də həmin sənədlər təqdim edilib. “Böyük ehtimalla nazir barədə sanksiyanı baş prokurorun müavini Rüstəm Usubov imzalayıb, Səbayel Rayon Məhkəməsi isə ev dustaqlığı barədə qərar verib” deyə, mənbəmiz sonda bildirib”.
Qəzet yazır ki, E.Mahmudovun bu cür təcridinə qərar verilməsinin daha bir səbəbi MTN-dəki “çete”nin illərdir əldə etdiyi qeyri-qanuni vəsaitlərlə bağlıdır. Məlumata görə, bu vəsaitin böyük bir hissəsi ən müxtəlif yollarla ölkədən çıxarılıb. Bu vəsaitin hətta bir neçə milyard ola biləcəyi ilə bağlı da iddialar var. İndi böyük bir qrup bu vəsaitin izini araşdırır və həmin pulların ölkəyə qaytarılmasını təmin etməyə çalışır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı