Azərbaycan İdeyası

Sürücülərlə bağlı tibbi müayinə qaydaları bərpa olunmalıdır” – EKSPERT

Tarix:11-02-2019, 18:00
Baxış Sayı:280

Sürücülərlə bağlı tibbi müayinə qaydaları bərpa olunmalıdır” – EKSPERT


“Əvvəllər 10 ildən bir sürücülük vəsiqəsini dəyişməyə gedəndə tibbi müayinədən keçirdik. İndi isə hər 10 ildən bir tibbi müayinəsiz sürücülük vəsiqəsi dəyişdirilir. Belə yanaşma düzgün deyil”.

Bunu Cebhe.info-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, tibbi müayinə məsələsi əvvəlki qaydada bərpa olunmalıdır:
“Elə onun nəticəsidir ki, bu gün çoxsaylı qəzalar yaşanır. İnfarkt və ürək xəstəlikləri getdikcə cavanlaşır. Təsəvvür edin ki, 18 yaşında sürücülük vəsiqəsi alan şəxsdən bir də 60 yaşında tibbi arayış tələb olunur.
Təxminən 42 il keçir. Bu illər ərzində insan müxtəlif cür əməliyyat keçirə bilər, hansısa xəstəliyə tutula bilər, yol-nəqliyyat hadisəsində qolunu, ayağını itirə bilər. Bundan əlavə narkotik asılılığından əziyyət çəkən insanlar var. Sükan arxasında kifayət qədər belə sürücülər olur. İndiki dövrdə yenilənən sürücülük vəsiqəsi üçün tibbi arayışa ehtiyac olmaması düzgün deyil. Bu anlaşılan deyil. Sürücünün sağlam olması önəmli məsələdir. Real faktlar var. Hətta cavan sürücülərin sükan arxasında infarkt keçirməsi hadisələri ilə bağlı mətbuatdan yazılar oxuyuruq. Vaxtında sürücü tibbi müayinədən keçsə, həkimlər onun narahatlığını aşkar etsə, çox güman ki, sükan arxasında oturmaq ona qadağan edilər. Çünki biz məsuliyyətsizik. Vaxtında həkimə müraciət etmirik. Amma inzibati qayda qoyulsa, məcburi olaraq tibbi müayinəyə cəlb ediləcəyik”.

OXŞAR XƏBƏRLƏR
Bircə bağrı qalıb yarılmamış – Doğrunun gözünü çıxardılar, hədələdilər, insult elədilər, boynuna minnət qoydular...
Bircə bağrı qalıb yarılmamış – Doğrunun gözünü çıxardılar, hədələdilər, insult elədilər, boynuna minnət qoydular...
Vahid bilet sistemi vətəndaşlara hansı üstünlükləri verə bilər? - VİDEO
Vahid bilet sistemi vətəndaşlara hansı üstünlükləri verə bilər? - VİDEO
Azərbaycanda tanınmış həkim vəfat etdi
Azərbaycanda tanınmış həkim vəfat etdi
Əşrəf Hakimi ən titullu afrikalı futbolçu oldu
Əşrəf Hakimi ən titullu afrikalı futbolçu oldu
İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib