Azərbaycan İdeyası

50-yə yaxın sürücü saxlanıldı - Aralarında qadın da var - FOTO

Tarix:29-07-2016, 21:43
Baxış Sayı:346

50-yə yaxın sürücü saxlanıldı - Aralarında qadın da var - FOTO
Astara rayonunda yol-hərəkət qaydalarını pozan, avtomobili sənədsiz idarə edən və spirtli içki qəbul edərək sükan arxasına oturan sürücülərə qarşı növbəti reyd keçirilib.

Criminal.az APA-ya istinadən bildirir ki, Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsi (DYPB) əməkdaşlarının Şahağacı və Qamişovka kəndləri ərazisində baş tutan reydi zamanı yol hərəkəti qaydalarına riayət etməyən sürücülər saxlanılaraq onlar barəsində qanunauyğun tədbirlər görülüb.

Həmçinin reyd zamanı bəzi avtomobillərin texniki baxışdan keçirilməməsi, qanunsuz mal-qara daşınması, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsinin idarə olunması faktları da aşkarlanıb. Qanunvericiliyin tələblərini pozan nəqliyyat vasitələrinin sürücülərinə qarşı inzibati protokollar tərtib edilib. Sürücülük vəsiqəsi olmadan avtomaşını idarə edənlərin nəqliyyat vasitələri isə DYPB-nin cərimə meydançasına aparılıb.

Ümumilikdə 20-yə yaxın sürücü cəzalandırılıb. Astara DYPB-nin rəisi İlqar Rəhimzadənin sözlərinə görə, keçirilən reydlərin nəticəsi olaraq ötən illə müqayisədə rayon ərazisində yol-nəqliyyat hadisələri 2 dəfədən çox azalıb və belə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı