Azərbaycan İdeyası

Məcburi köçkünlərə mənzil verilməsində ədalət prinsipi gözlənilməlidir

Tarix:9-04-2019, 15:19
Baxış Sayı:298

"Korrupsiya və qanun" qəzeti doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin müraciətlərinə həmişə həssas yanaşmış, onların qarşılaşdıqları çətinliklərin həllində, problemlərinin ictimailəşdirilməsinə, aidiyyəti qurumlara çatdırılması işinə həmişə köməklik göstərmişdir. Bu kateqoriyadan olan vətəndaşlardan redaksiyamıza daxil olan müraciətlərin təhlili göstərir ki, onların ən böyük problemi evsizlik, mənzil məişət şəraitlərinin əlverişli olmamasıdır.
Qəzetimizin əməkdaşı 1987-ci il təvəllüdlü Cəbrayılov İsfəndiyar Elxan oğlu Qubadlı rayonundan olan məcburi köçkündür. Valideynləri ilə birlikdə Sumqayıt şəhərində məskunlaşdıqları 13 nömrəli uşaq bağçasında acınacaqlı şəraitdə yaşayırlar. Uzun illər boyu mənzil növbəsində həsrət çəkən ailəyə söz verilib ki, nəhayət bu ayın axırında onlara da mənzil veriləcək. Amma ailə narahatdır ki, onların 3 otaqlı mənzil istəyi yerinə yetirilməyə bilər. 2 otaqlı mənzil isə hələ də evsizlik səbəbindən subay qalan İsfəndiyarın ailə qurmaq planlarını qeyri-müəyyən vaxtadək təxirə sala bilər. Belə olarsa, Cəbrayılovların yiyələnəcəkləri 2 otaqlı mənzilin hazırda yaşadıqları məkandan fərqi yalnız rəsmi order olacaq. Başqa sözlə, mənzil şəraitləri yenə də yaxşı olmayacaq. Odur ki, ailə evsizlik problemləri çözümə bu qədər yaxınkən, onu birdəfəlik həll etmək üçün aidiyyati qurumlardan kömək istəyir.
Cəbrayılovlar bu qənaətdədirlər ki, məsələnin KİV vasitəsilə ictimailəşdirilməsi onları məqsədlərinə yaxınlaşdıra bilər. O üzdən redaksiyadan da köməklik göstərilməsini xahiş ediblər.
Yeri gəlmişkən qeyd edək ki, imtiyazlı vətəndaşların mənzilə olan tələbatlarının ödənilməsi məsələsində növbəlilik prinsipinin pozulması bir problemdirsə, ikinci problem də otaq saylarının ədalətsiz bölgüsüdür.
Xatırladaq ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydasına əsasən yaşayış sahəsi məcburi köçkünlərin ailə tərkibinə uyğun olaraq müəyyənləşdirilir.
Ailə tərkibi 1 nəfərdən ibarət olanlara - 1 otaq; ailə tərkibi 2-3 nəfərdən ibarət olanlara - 2 otaq; ailə tərkibi 4-5 nəfərdən ibarət olanlara - 3 otaq; ailə tərkibi 6 nəfər və 6 nəfərdən çox olanlara - 4 otaq verilir.
Köçürülmə zamanı aşağıdakı hallarda məcburi köçkünlərə yeni yaşayış sahəsi verilmir:
müvəqqəti yaşayış sahəsinin verilməsi zamanı köçürülmə obyektində qeydiyyatda olub, lakin orada faktiki yaşamayan məcburi köçkünlərə; məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla); digər şəhər və rayonlarda müvəqqəti məskunlaşmış, lakin məskunlaşma obyektində yaşayan məcburi köçkünlərin köçürüləcəyindən istifadə edərək son 3 (üç) ildə həmin obyektdə yerləşib yaşayanlara; artıq yaşayış sahəsi əldə etmək niyyəti ilə köçürülmə ərəfəsində saxta nikaha girən və ya nikahı pozulan ailələrə.
Əvvəllər həmin köçürülmə obyektində yaşamış, sonradan başqa yerdə yaşayan şəxslə nikaha daxil olmuş və boşanaraq geri qayıtmış məcburi köçkünlərə ayrıca yaşayış sahəsi verilmir.
Göründüyü kimi, bu qaydalarda İsfəndiyarın və onun kimilərin ayrıca ailə qurmaq perspektivi nəzərə alınmayıb. Hərçənd, təkcə İsfəndiyar Cəbrayılovun özünün də müraciətini əlahiddə dəyərləndirib onu ayrıca 1 otaqlı mənzillə təmin etmək variantı mümkündür.

OXŞAR XƏBƏRLƏR
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026