Azərbaycan İdeyası

BU ŞƏXSLƏR ÜÇÜN 44 MƏNZİLLİ BİNA İNŞA EDİLİR

Tarix:12-03-2019, 14:16
Baxış Sayı:235



Fevralın 5-də Şamaxı rayonunda baş vermiş güclü zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşən ailələr üçün 4 mərtəbəli yeni yaşayış binası inşa edilir.
Korrupsiya-q.az xəbər verir ki, bu barədə Şamaxı rayon İcra Hakimiyyətinin baş memarı, rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Rüstəm Əliyev deyib.
Onun sözlərinə görə, artıq binanın tikintisinə başlanılıb: “Bina 2 giriş bloklu, 4 mərtəbəli və 44 mənzildən ibarət olacaq. Bina yalnız zəlzələ nəticəsində evləri kəskin qəzalı vəziyyətə düşən ailələr üçün inşa edilir. Elə fərdi yaşayış evləri var ki, kəskin qəzalı vəziyyətdədir və həmin evlərin yerində mənzil tikmək mümkün deyil. Prezidentin göstərişi ilə həmin ailələr üçün yeni bina inşa edilir”.
Baş memar əlavə edib ki, ümimilikdə 255 ev tam qəzalı vəziyyətə düşüb.
Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı