Azərbaycan İdeyası

“ƏLİLLƏR İŞLƏ TƏMİN OLUNMALIDIR”- ELMİRA AXUNDOVA

Tarix:15-03-2019, 14:30
Baxış Sayı:411



Deputat əlillərin işlə təmin edilməsi, əlilliyin müəyyən edilməsi və təhsildəki problemləri baş nazirin diqqətinə çatdırdı.
Korrupsiya-q.az xəbər verir ki, deputat Elmira Axundova parlamentdə hökumətin hesabatı zamanı çıxışında əlillərin cəmiyyətə inteqrasiya olunması üçün onların işlə təmin olunması məsələsini hökumətin qarşıısnda qaldırdı.
“Əgər əlillərin işlə təmin olunması istiqamətində ciddi işlər görülərsə və onlar işlə təmin olunarlarsa, cəmiyyətin böyük bir təbəqəsi sizlərə minnətdar olar. Digər qaldıracağım problem əlilliyin müəyyyən edilməsi ilə bağlıdır. Hələ də bu sahədə bürokratik əngəlliklər hökm sürməkdədir. Bir yanlış söz və işarəyə görə insanlar əlillik ala bilmirlər. Bununla bağlı rayonlarda ciddi narazıçılıq yaradır və bu problem aradan qaldırılmalıdır”.
Deputat eyni zamanda məktəb şagirdlərinin teatrlara, muzeylərə kütləvi səfərlərini təşkil etməyi, həmçinin məktəblərə üzgüçülüyün dövlət hesabına öyrədilməsini təklif edib. Ildə yüzlərlə gəncimiz dənizdə, çaylarda, göllərdə boğulur. Bu problemi aradan qaldırmaq üçün məktəblilərə üzgüçülük öyrədilməlidir”.
O, həmçinin tibb müəssisələrində abortun qadağan edilməsi məsələsini gündəmə gətirib. Axundova deyib ki, bu gün Azərbaycan selektiv aborta görə dünyada Çindən sonar ikinci yerdədir. “Selektiv abortun qarşısı alınmalıdır”.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı