Azərbaycan İdeyası

Millət vəkilləri TV-ləri “səviyyəsiz” adlandırdı: Bəzi özəl kanallar bağlansın!

Tarix:10-04-2019, 13:20
Baxış Sayı:204



Özəl kanallarımıza baxanda adamın əti tökülür. Başdan-ayağa səviyyəsizlik, qeyri-peşəkarlıq hökm sürür.
Oxu.Az-ın məlumatına görə, bunu yazıçı, millət vəkili Hüseynbala Mirələmov parlamentin Mədəniyyət komitəsinin aprelin 10-da keçirilən iclasında deyib.
O, Türkiyə telekanallarından nümunə çəkib:
“Türkiyənin telekanallarına fikir verək. Baxırsan, nə qədər maraqlı verilişlər, filmlər, teleseriallar göstərilir.
Məsələn, “Möhtəşəm yüz il”i götürək. Necə baxımlı, maraqlı serialdır. Mən hətta Moskvada olarkən görürdüm ki, ruslar onu necə maraqla izləyirlər. Amma gəlin özümüzə dönüb baxaq, görək bizdə vəziyyət necədir: tək sözlə, biabırçılıq.
Guya teleserial çəkirlər, başdan-ayağa səviyyəsizlik, əttökənlikdir. Hansısa veriliş gedir, iki saat efir zəbt olunur, amma baxırsan ki, heç nə yoxdur, qeyri-peşəkarlıqdır. Ona görə hesab edirəm ki, Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılmalıdır.
Hətta, onlara elə səlahiyyət verilməlidir ki, televiziyaları birbaşa bağlaya bilsinlər. Artıq bəzi özəl telekanalların bağlanmasına ehtiyac duyulur”.
Onun fikirləri yazıçı və millət vəkili həmkarı Elmira Axundova tərəfindən dəstəklənib.
E.Axundova da hesab edir ki, bəzi özəl telekanalların bağlanması məqsədəuyğun olardı:
“Onları izləmək, onlara baxmaq mümkün deyil. Sanki bu xalqa, bu dövlətə aid deyillər. Bütün günü şit, bayağı verilişlər efirləri zəbt edir, zövqlər korlanılır.
Baxırsan xarici telekanallara, məsələn, Fransanın özəl televiziyalarına, çox maraqlı verilişlər gedir. Könhə, tanınmış, korifey sənətkarlar, dünya ulduzlarından bəhs edilir, onlar bir daha dinləyicilərə çatdırılır, xatırladılır.
Amma bizdə necədir, tam biabırçılıq. Sadəcə AzTV-də belə baxımlı verilişlərə baxmaq mümkündür, qismən də İTV-də. Ona görə düşünürəm ki, doğrudan da Milli Televiziya və Radio Şurasının səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac var. Şura artıq bəzi özəl telekanalların bağlanılmasına qərar verməlidir. Belə telekanallardansa, olmaması yaxşıdır”.
Akademik, millət vəkili Ziyad Səmədzadə bəzi telekanallarda milli adət-ənələrimizə, milli mentalitetimizə zidd məqamların yaşandığını və yayımlandığını bildirib:
“Bunlar hər birimizdə ciddi təəssüf və narahatlıq doğurur. Bunlar aradan qaldırılmalıdır. Hesab edirəm ki, lazım gələrsə, bu yöndə məsələləri bir qədər qapalı şəkildə də müzakirə edə bilərik”.
Millət vəkili, bəstəkar Novruz Aslanov bədii şuralar məsələsinin təkcə mədəniyyət və incəsənət xadimləri ilə məhdudlaşdırılmasının düzgün olmadığını bildirib:
“Bu şuralarda həm də aparıcıların danışığı, efir mədəniyyəti məsələsinə, həmçinin, filmlərin səsləndirilməsi məsələsinə də baxılmalıdır. Çünki bu yöndə də ciddi problemlər var. Amma bədii şuralar senzura, qadağa funksiyasını yerinə yetirməməlidir. Onlar tövsiyə verməlidir. Yox, əgər, bir-iki tövsiyə nəzərə alınmasa, o zaman qadağa işə salınmalıdır”.
Millət vəkili Gövhər Baxşəliyeva teleseriallarla bağlı məsələni qabardıb:
“Mən istəmişəm ki, bir-iki dəfə öz seriallarımıza baxım, amma baxa bilməmişəm. Çünki mənim zövqümdə olan seriallar deyil.
Hesab edirəm ki, tarixi qəhrəmanlarımızla, tarixi şəxsiyyətlərimizlə bağlı səviyyəli teleseriallar çəkilməlidir. Bu gün Azərbaycan izləyicisinə, xüsusilə, gənc nəslə belə teleseriallar lazımdır.
Düşünürəm ki, Ağa Məhəmməd Şah Qacar, Nadir Şah, Şah İsmayıl Xətai haqqında teleseriallar çəkilməlidir. Bu işə mütləq başlamaq lazımdır. Mən demirəm ki, bütün seriallar tarixi şəxsiyyətlərimizlə bağlı olsun, bu iddiada deyiləm. Amma hesab edirəm ki, daha çox bu istiqamətə önəm verilməlidir”.
Adıçəkilən komitənin sədr müavini, professor Jalə Əliyeva da həmkarlarının fikirləri ilə razılaşdığını bildirib.
“Hər bir kanalın öz siyasəti var. Biz onlara tam müdaxilə edə bilmərik. Ona görə də həmin kanallarda yaşanan durumla bağlı ayrıca müzakirələr, dinləmələr təşkil etmək, çıxış yolları aramaq olar”.

OXŞAR XƏBƏRLƏR
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
“Gəlin 7 aylıq hamilə imiş..."
“Gəlin 7 aylıq hamilə imiş..."
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür