Azərbaycan İdeyası

"Mənim ən mədəniyyətsiz saydığım ailəsinin boşanma məsələsini televiziyaya çıxaranlardır"

Tarix:9-10-2018, 16:56
Baxış Sayı:210

  "Mənim ən mədəniyyətsiz saydığım ailəsinin boşanma məsələsini televiziyaya çıxaranlardır"

Televiziyalarımızı hər dəfə bayağı, əttökən verilişlər yayımlamaqda ittiham edirik. Amma bəzən elə olur ki, buna səbəb elə biz özümüz oluruq. Yaxşı olar ki, günahı özümüzdə də görək.
Bölgələrimizdəki toy adətlərinin efirlərimizdə yayımlanmasını kəskin tənqid edən millət vəkili, yazıçı Aqil Abbas Moderator.az-a açıqlamasında bunun günahkarının elə özümüz olduğunu bildirdi:
“Belə toy adətlərinin televiziyada yayımlanmasına özümüz səbəbkarıq, burda kanalların heç bir günahı yoxdur. Televiziyalar reklamla işləyən təşkilatdır. Özəl televiziyalar var ki, dövlət tərəfindən maliyyələşmirlər və ona görə də onlar məcburdurlar ki, pul qazansınlar. Aldığım məlumata görə özəl televiziyaların bir çoxu işçilərinə əmək haqqı verə bilmir. Öz toylarını efirlərə çıxaranların ağılı ora qədər işləyir. Keçmişdə iki gün toy olurdu və orda da bir adam oxuyurdu. İndi bir toya iyirmi müğənni gətirib oxudursa, xərc çəkirsə, bu həmin adamların özünün səhvidir və onların toyuna da heç kim baxmır. Toyda yalnız hoppanıb düşürlər. Mən də belə şeylərin şahidi olanda əsəbiləşirəm. Televiziyanı çağırıb ki, oğlumun toyudu, onu-bunu öpür, kababın da tüstüsü ekrandan adamın üzünə vurur. Mənim ən çox səhv və mədəniyyətsiz saydığım ailəsinin boşanma məsələsini televiziyaya çıxaran adamlardı. Adam ailəsinin sirrini nə qonşusuna, nə də qardaşına demir. Biz indi hansı zəmanədə yaşayırıq ki, bunları on milyon insanın qarşısına çıxarırıq. Bəs bu türkçülük, millətçilik, Azərbaycan ailəsi, xalqı necə oldu?”.
A.Abbas belə verilişlərə çıxanların dövlət strukturlarını da hörmətdən saldıqlarını bildirdi:
“Televiziyalarımız artıq həm məhkəmədir, həm prokurorluqdu, həm də polisdir. İnsanlar getdikcə savadsızlaşıb cahilləşir. Cahilləşəndə də axırı belə olur. Ailə məsələsi ilə bağlı dövlətin müvafiq strukturları var, ora müraciət etmək lazımdır. Bunlar isə bu gün çıxıb televiziya kanallarında məhkəmə qururlar və deyirlər ki, televiziya işə qarışdığı üçün polis bu məsələni həll etdi. Adamdan soruşarlar ki, sən polisə müraciət etmişdinmi? Niyə polisi, prokurorluğu hörmətdən salırsınız?! Elə dövlət kanallarımız var ki, orda hüquqla bağlı ağıllı məsləhətlər verirlər, amma bunlara baxan yoxdur”

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur