Azərbaycan İdeyası

"Avropa Oyunları keçirən ölkənin vətəndaşlarıyıq, biz də istəyirik internetimiz olsun" - Biləsuvarda axsayan "rabitə işi" yenidən gündəmdə

Tarix:18-06-2019, 14:21
Baxış Sayı:438

Bir il əvvəl, yəni, keçən ilin aprelində qəzetimizdə "Biləsuvarda axsayan "rabitə işi"" başlıqlı məqalə dərc olunmuşdu. Biləsuvar rayonunun İsmətli kəndinin sakinləri Şakir Quliyev və başqaları yazırdılar ki, yaşadıqları küçə rayon telekommunikasiya qovşağı tərəfindən "yeni salınmış ərazi" kimi tanınır və kabelləşdirmə işi getmədiyindən onların evlərinə telefon çəkilməsi mümkün hesab edilmir. Dəfələrlə rayon TKQ-na müraciət etsələr də, heç bir əməli iş görülməyib. Sakinlərə "Aztelekom" MMC-dən cavab yazıblar ki, xətt şəbəkəsində genişləndirmə işləri aparıldıqdan və buna uyğun stansiyanın tutumu artırıldıqdan sonra evlərinə telefon xəttinin çəkilməsi mümkün olacaqdır.
"Aztelekom"dan oxşar məzmunlu cavab məktubu 2018-ci ilin may ayında redaksiyamıza da göndərilmişdi. Məktubda bildirilirdi ki, vətəndaşların rabitə xidmətlərindən istifadəsinin təmin edilməsi məqsədilə həmin ərazidə yeni kabel xətt şəbəkəsi tikilməlidir: "Göstərilənlərlə bağlı tərəfimizdən müvafiq texniki və təşkilati tədbirlər planlaşdırılır. Belə ki, həmin ərazidə yeni texnoloji avadanlıqlar quraşdırmaqla əhalinin telefon və internetə olan tələbatının ödənilməsi təmin ediləcəkdir".
Göründüyü kimi, məsələnin ictimailəşdirilməsindən bir il ötməsinə baxmayaraq, həll olunmamışdır. Kənd sakinləri yenə də şikayətlənirlər: "Avropa Oyunları keçirən Azərbayacanın vətəndaşlarıyıq. Biz də istəyirik ki, internetimiz olsun".
Xatırladaq ki, RYTN-nin sabiq yüksək rütbəli məmurları barəsində cinayət işi ("Rabitə işi")ilə əlaqədar aparılan istintaq araşdırmaları nəticəsində aşkarlanmış mənimsəmə faktları arasında 1550000 manat məbləğində yeyinti ayrıca sübuta yetirilmişdi. Söhbət "Optik Tikinti və Montaj" MMC-nin Biləsuvar TKQ-nin elan etdiyi kotirovkada qalib gələrək icraqsını üzərinə götürdüyü 1550000 manatlıq kabelləşdirmə layihəsinə ayrılmış pulların mənimsənilməsindən gedirdi. Nə dəyişib? Ötən bir il ərzində "Rabitə işi"ndə təqsirləndirilərək həbs olunan məmurlar artıq azadlığa çıxıblar.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı