Azərbaycan İdeyası

"Reallıqlar və faktlar" silsiləsindən

Tarix:20-06-2019, 14:09
Baxış Sayı:800

" Sahibkarları incidənlər vətən xainidirlər " - Prezedint İlham Əliyev
Cənab Prezidentin apardığı islahatlar insanlarımızı sevindirir! İstər əlillərlə bağlı fərman, istərsə də kreditlərlə bağlı, təqüdlərin artırılması ilə əlaqədar verilən sərəncamlar, xususən də məhkəmə islahatları ilə bağlı verdiyi sərəncam təqdirəlayiqdir və alqışlanmalıdır. Cənab Prezident həmişə sahibkarların, öz vətəndaşlarının yanındadır. "Diqlas " ticarət mərkəzindəki yanğından sonra sahibkarlara kompensasiya ödənilməsi buna misaldır. Dünyanın heç bir ölkəsində sığorta yoxdursa, belə hallarda dövlət tərəfindən bir qəpik də ödənilmir. 2010 - cu il Kür daşqınları zamanı da cənab Prezidentin göstərişi ilə zərər çəkmiş əhalinin hamısına müasir tipli, yaraşıqlı evlər tikildi. Elə insanlar var idi ki, balaca evdə yaşayırdılar, bunlara da evlər tikilib verildi. O cümlədən, həyatyanı sahəsinə dəymiş ziyana görə də kompensasiya ödənildi. Əslən olduğum Sabirabadın Qasımbəyli kəndi və 4 kənd 4 ay suyun altında qalmışdı. İndi gedin baxın o kəndlərə, Avropanın kəndlərindən də yaxşıdır. Heç vaxt asfalt yolu olmayan kəndlərə yol çəkildi, elektrik işləri çox yüksək səviyyədə görülmüşdür. Ən başlıcası, bu kəndlərə təbii qaz xətti çəkildi!! Yeni məktəblər, xəstəxanalar, uşaq bağçası, poçt idarələri, su təmizləyici qurğular və s. tikildi.
Yəni, bu, cənab Prezidentin həmişə dediyi: " Mən hər bir azərbaycanlının prezidentiyəm " sözlərinə sadiqliyinin bariz numunəsidir. Əhalimiz cənab Prezidentdən uşaq pullarının bərpasını və 10 min dollardan yuxarı olan kredit problemlərinin də həllini səbirsizliklə gözləyir, çünki 100 minlərlə vətəndaşımızın evi, obyekti banklar tərəfindən hərraca çıxarılaraq əllərindən alınma təhlükəsindədir. Ardı var...
Həsən Həsənli

OXŞAR XƏBƏRLƏR
Cari ildə qeyri-neft-qaz sektorunda 3.1 faiz artım qeydə alınıb
Cari ildə qeyri-neft-qaz sektorunda 3.1 faiz artım qeydə alınıb
Hərbi yük təyyarəsində həlak olan türkiyəli hərbçilərlə vida mərasimi keçirilir
Hərbi yük təyyarəsində həlak olan türkiyəli hərbçilərlə vida mərasimi keçirilir
7 gün TƏTİL olacaq - RƏSMİ
7 gün TƏTİL olacaq - RƏSMİ
İlham Əliyev Qarabağın qurulmasına kömək edən ilk prezidentin adını AÇIQLADI
İlham Əliyev Qarabağın qurulmasına kömək edən ilk prezidentin adını AÇIQLADI
Türkiyənin radardan itən təyyarəsinin qalıqları tapıldı - Pilot həlak olub + YENİLƏNİB
Türkiyənin radardan itən təyyarəsinin qalıqları tapıldı - Pilot həlak olub + YENİLƏNİB
Prezidentdən yeni icra başçılarına xəbərdarlıq: Əks təqdirdə lazımi ölçülər götürüləcək
Prezidentdən yeni icra başçılarına xəbərdarlıq: Əks təqdirdə lazımi ölçülər götürüləcək
Prezidentin icra başçıları ilə görüşünün VİDEOSU
Prezidentin icra başçıları ilə görüşünün VİDEOSU
Siqaret istifadəçilərinə bəd xəbər: Yeni ildən etibarən dəyişiklik olacaq
Siqaret istifadəçilərinə bəd xəbər: Yeni ildən etibarən dəyişiklik olacaq