Azərbaycan İdeyası

İSMƏTLİ MƏKTƏBİNİN DİREKTORU AĞAMMƏD İBAYEVİN BİTƏN KARYERASININ SON DƏRS İLİ DAHA BÖYÜK QƏDDARLIQLA YADDA QALACAQ

Tarix:29-05-2019, 14:50
Baxış Sayı:442

İSMƏTLİ MƏKTƏBİNİN DİREKTORU AĞAMMƏD İBAYEVİN BİTƏN KARYERASININ SON DƏRS İLİ DAHA BÖYÜK QƏDDARLIQLA YADDA QALACAQ

Redaksiyamızın poçtuna Biləsuvar rayonu X.Qafarov adına İsmətli kənd orta məktəbinin bir qrup müəlliminin imzaları ilə minnətdarlıq məktubu daxil olmuşdur. Baş redaktorumuza və onun şəxsində jurnalist kollektivimizə ünvanlanan həmin məktubda bilidrilir:
Hörmətli və dəyərli Xuraman müəllimə! Sizə bildirmək istəyirik ki, bir qəzet redaktoru olaraq öhdənizə çox məsuliyyətli bir iş götürmüsünüz. Xalqımıza və dövlətimizə layiqincə xidmət etmək, baş verən neqativ halları ictimailəşdirmək, hər hansı qanun pozuntularının qarşısının alınmasında insanlara dəstək olmaq qəzetinizin və başda Siz olmaqla kollektivinizin amalıdır. Xanlar Qafarov adına İsmətli kənd tam orta məktəbində baş alıb gedən qanun pozuntularının qəzetiniz vasitəsilə ictimaiyyətə və aidiyyəti orqanlara çatdırılmasında göstərdiyiniz prinsipial mövqe əvəzolunmazdır. Sizin göstərdiyiniz böyük köməklik və dəstək nəticəsində hər şey öz qanuni həllini tapdı. Biz bir kollektiv olaraq inanırıq ki, Siz bundan sonrakı fəaliyyətinizdə də öz prinsipial mövqeyinizdə qalacaqsınız. Qanunun keşiyində bir Azərbaycan əsgəri kimi fəaliyyət göstərəcəksiniz. Sizə şəxsi həyatınızda və gələcək işlərinizdə uğurlar arzulayırıq". Öyrənmişik ki, Təhsil Nazirliyi "Korrupsiya və Qanun" qəzetində gedən və tutarlı faktlara söykənən silsilə tənqidi məqalələrdən sonra həmin yazıların "qəhrəmanı" olan məktəb direktoru Ağəmməd İbayevlə əmək müqaviləsinin vaxtını uzatmamaq qərarına gəlib. Bu qərar İbayev üçün cəza sayılmasa da, məktəbin tərəqqipərvər müəllimləri bunu qəzetin informasiya dəstəyi ilə apardıqları haqq işinin qələbəsi hesab edirlər. Hərçənd, internet üzərindən redaksiyamıza göndərilən növbəti məlumata görə, Ağəmməd İbayev "dadı damağında qalacaq" çapovulçu direktorluğunun son akordlarını daha böyük canfəşanlıqla həyata keçirir: "Yenə işləməyənlər əmək haqqı alır, yəni, onlara yazılan maaşı direktor özünə götürür. Məhz işləməyənlərin hesabına boş dərs saatları yaranır. Görün işin harasıdır ki, boş saatlarda "müəllimləri" xadimə-şair Sədaqət Səda əvəz edir. Bu qadın vaxtilə hətta Ağəmməd İbayevin də əvəzinə "dərs" aparıb. İbayevin "çete"sinə üzv olan digər "müəllim" lər də var.- Bu adamları kim müdafiə edir –məlum deyil”

Xuraman Əhlimanqızı.

OXŞAR XƏBƏRLƏR
"Sabah" "Lill"dən daha bir gənc futbolçunu transfer edir
"Sabah" "Lill"dən daha bir gənc futbolçunu transfer edir
Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda yeni agentlik yaradılır - FƏRMAN
Azərbaycanda yeni agentlik yaradılır - FƏRMAN
Azərbaycanda bəzi şəxslərə hər ay 1000 manatadək PUL MÜKAFATI veriləcək
Azərbaycanda bəzi şəxslərə hər ay 1000 manatadək PUL MÜKAFATI veriləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi
Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunun qrafikində DƏYİŞİKLİK OLACAQ
Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunun qrafikində DƏYİŞİKLİK OLACAQ
Nazir yeni rəis müavini təyin etdi - FOTO
Nazir yeni rəis müavini təyin etdi - FOTO