Azərbaycan İdeyası

ÖLÜMÜNDƏN SONRA PENSİYA HESABINDAN PUL SİLİNİB

Tarix:24-04-2019, 15:35
Baxış Sayı:524


Az qala bütün ömrü boyu rüşvətxor məmurlara, ədalətsiz hakimlərə, süründürməçi bürokratlara qarşı mübarizə aparmış, şərə-böhtana məruz qalaraq məhbəsə düşəndən sonra da azadlıqsevər əqidəsindən dönməmiş, qələmə sarılıb cəmiyyətin mənfi ünsürləriylə döyüşmüş, Məhəmməd Gəncəvi təxəllüsü ilə imza atdığı tənqidi məqalələri ilə "Korrupsiya və Qanun" qəzetinin də oxucularının rəğbətini qazanmış Mirzəyev Məhəmməd Qalamirzə oğlu Bakıda kirayə yaşadığı Yeni Ysamal - 3 massivindəki 235 saylı ünvandakı mənzildə dünyasını dəyişdi. Mərhumun cəsədi martın 5-də aşkarlanıb. Hadisədən xəbər tutan qohumları meyiti yuxarıda qeyd olunan ünvandan götürüblər. Ölümün səbəbi axıradək dəqiq bilinməsə də, Məhəmməd kişinin məhz yuxarıda təsvir etdiyimiz xarakterinə görə məsələni ciddi araşdırmağa dəyərdi...
Rəhmətlik Məhəmməd müəllimin bacısı Şövkət xanımın redaksiyamıza verdiyi məlumata görə, ölümü müşayiət edən ikinci qaranlıq məqam isə dəfn pulunu almaq üçün müraciət etdikləri DSMF Şöbəsində aşkarlanmış faktdır. Şöbədən öyrəniblər ki, Mirzəyev Məhəmməd Qalamirzə oğlunun pensiya hesabından mart ayında almalı olduğu ikiqat pensiya məbləği silinib. Şövkət xanım onu da bildirdi ki, müəyyən səbəbdən qardaşı xeyli müddət pensiya almayıb. Ona görə də son aylar Fondun ona əvvəlki borclarının da bağlanması üçün hər ay iki aylıq pensiya məbləğini alırmış. Mart ayı üçün hesablanmış məbləğ də əvvəlki aylarda olduğu kimi, ayın ortalarında, yəni, təqvimin 10-cu və 20-ci günləri arasında hesabına yatırılmalı imiş. Belə olan halda, pensiya vəsaitinin "yoxa çıxma" səbəbini hüquq-mühafizə orqanları araşdırmalıdırlar ki, ölünün pulunu yeyən tapılsın.
Mövzuya qayldacağıq.

Korrupsiya-q.az

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama