Azərbaycan İdeyası

METRODA ALQIŞA LAYİQ YENİLİK

Tarix:30-04-2019, 14:50
Baxış Sayı:253


Fiziki imkanları məhdud insanların metrodan təhlükəsiz və rahat istifadəsi üçün 10 nəfərdən ibarət işçi qrupu yaradılıb.

Bakı Metropolitenindən ONN media-ya verilən məlumata görə, bu məqsədlə yaradılan iki mobil işçi qrupu sifarişi qəbul etdikdən sonra sərnişini stansiyanın girişində qarşılayaraq, onu sifarişdə qeyd etdiyi stansiyanı tərk edənə qədər müşayiət edir. Hər sifarişin icrasını ən azı iki işçi yerinə yetirir.
Sifarişlərin verilməsi üçün əlil arabası ilə olan sərnişinlər metroya minməzdən öncə +994 50 268 00 65 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Həmçinin sifarişi internet resursları vasitəsilə vermək mümkündür. Xüsusi proqram təminatı “Google play market” elektron əlavələr proqram qovluğuna yüklənib
Sifariş ən azı 1, ən çoxu 24 saat əvvəldən verilməlidir. Zənglər və ya elektron sifarişlər Bakı Metropoliteninin qatar dispetçer mərkəzində qəbul edilərək mobil qrupun yerləşdiyi mərkəzə yönləndirilir. Hər bir sifarişə ediləcək dəyişiklik və ya onun ləğv edilməsi barədə məlumat eyni qayda ilə, ən azı, 20 dəqiqə əvvəl verilməlidir. Həm sifariş verən şəxslə əlaqə qurulması, həm də işçi qruplarının işinin tənzimlənməsi məqsədilə hər qrup mobil rabitə ilə təmin edilib.
Sərnişinlər üçün metropolitenin mobil qrupları 5 ehtiyat əlil arabası ilə təmin olunublar. Zərurət yarandıqda, ehtiyacı olan sərnişinlər metropoliten stansiyalarının hüdudlarında bu vasitədən faydalana bilərlər. Xüsusi mobil işçi qrupları yaradıldığından Bakı Metropoliteni QSC rəhbərliyi onların müşayiət xidmətindən istifadə edə biləcək sərnişinlərin kateqoriyasını genişləndirmək qərarına gəlib. Bu sıraya əsa və qoltuqaltı ağaclardan istifadə edənlər, görmə və eşitmə qabiliyyəti məhdud olanlar, uşaq arabacıqları ilə hərəkət edənlər, ahıllar və əl yükü olan hamilə qadınlar da daxil edilib.

Ancaq təhlükəsizliyin təmin edilməsi məqsədilə metroda sərnişin axınının xüsusi gur saatlarında (07:00-dan 09:30-dək və 17:30-dan 19:30-dək) sifarişlər üzrə daşınma həyata keçirilməyəcək.

OXŞAR XƏBƏRLƏR
"Sədərək"dəki yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?
"Sədərək"dəki yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?
Gəncədə 29 yaşlı oğlan bıçaqlanıb,
Gəncədə 29 yaşlı oğlan bıçaqlanıb,
"Sədərək"də yanğın zamanı 12 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB
"Sədərək"də yanğın zamanı 12 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB
Allah Rehmet Elesin!
Allah Rehmet Elesin!
Azərbaycanda boya istehsalı zavodu YANIR - VİDEO - YENİLƏNİB
Azərbaycanda boya istehsalı zavodu YANIR - VİDEO - YENİLƏNİB
Yeni tədris ili üçün tədris planları təsdiq edildi
Yeni tədris ili üçün tədris planları təsdiq edildi
Nazirlikdən küləkli hava ilə bağlı əhaliyə müraciət
Nazirlikdən küləkli hava ilə bağlı əhaliyə müraciət
Özlərini “polis” kimi təqdim edib, Mərkəzə gətirdilər - hovuzda meyiti tapıldı
Özlərini “polis” kimi təqdim edib, Mərkəzə gətirdilər - hovuzda meyiti tapıldı