Azərbaycan İdeyası

Adam "patpresdən" çölə çıxmışdı" - Dəhşətli qəzada 4 nəfərin ölümünə səbəb olan MƏHKUM – VİDEO – FOTO

Tarix:27-05-2019, 12:29
Baxış Sayı:154



ARB TV-nin "Rezonans" proqramının növbəti buraxılışında məhkum Arzu Musayevin həyat hekayəsindən danışılıb.

Metbuat.az həmin hekayəni təqdim edir:
Arzu Musayev – Cəzası: 9 il 6 ay: "Yas yerinə gəlirdim. Birdən qabağıma bir maşın çıxdı. Qaçmağa çalışdım, amma olmadı. O da sağ-sol edib qabağıma çıxdı, vurdum. Ölüm oldu. Bir nəfər məndə, 3 nəfər isə onda. 6 ay xəstəxanda qaldım. Vəziyyətim pis idi. Qılçam, qabırğalarım, daxili orqanlarım... 8 gün komada qaldım. Bu vəziyyətdə ya ölər, ya qalar bilinmirdi. Çox şükür ayıldım, indi yaxşıyam. Amma belə əziyyət çəkirəm, qılçamda dəmir var. O biri qəza törədən şəxs də sağdır, amma qılçası və burnu qırılmışdı. Ehtiyyatsızlıqdan oldu. Diqqət etmək lazımdır, qarşındakını saymaq lazımdır. Digər şəxsin maşında əmisioğlu və dostları idi. Mənim maşınımda isə tanımadığım bir şəxs idi, yas yerindən gələndə, benzin pulu çıxsın deyə onu da götürmüşdüm. Mənim maşınımdakı şəxs elə yerində ölmüşdü, çünki alın şüşədən çölə çıxmışdı. Məhkəmədə zərərçəkənlərin ailələri gəlmişdi. Məndən şikayət edən olmadı, o biri şoferdən şikayət etdilər, o da məndən etdi. O da həbs olunub. Mənə də, ona da ağır həbs cəzası verildi. Çəliksiz dura bilmirəm. Çətin həyat oldu deyə, evlənmək imkanım olmadı. Xəstə anam və bir bacım var. Evi saxlayan mən idim. Mən də belə oldum, qismət belə imiş. Məsləhətim odur ki, yola yuxulu, içkili, yüksək sürətlə çıxmayın. Azadlığa çıxandan sonra bəlkə də avtomobil sürmərəm, çünki bu qorxu canımda var. Peşmanam, gərək o şəxsi götürməsəydim deyirəm. 9 il yarım bir igidin ömrüdür. Bacım balacadır, subaydır. İmkan olanda gəlirlər, olmayanda yox. İnsanın arxası, köməyi olmaması daha çox sıxır".

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı