Azərbaycan İdeyası

Bakı Nəqliyyat Agentliyi taksilərlə bağlı hərəkətə keçdi

Tarix:14-07-2019, 16:00
Baxış Sayı:472

KORRUPSİYA-Q.AZ
“247 məntəqədə yeni taksi duracaqlarının yaradılması planlaşdırılır”.

Unikal.org xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev modern.az-a bildirib. M.Ağayev qeyd edib ki, taksi duracaqlarının yaradılması qurumun diqqətində olan əsas məsələlərdəndir:
“Ötən müddətdə Agentlik tərəfindən 74 taksi duracaq məntəqəsi təşkil edilib. Yəni bu proses davamlı olaraq həyata keçiriləcək və tələbata uyğun olaraq yeni taksi duracaqları təşkil ediləcək”.
BNA rəsmisi qeyd edib ki, taksi xidmətinin keyfiyyətinin artırılması məqsədi ilə duracaqlar Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq edilən tələblərə uyğun təşkil ediləcək:
“Yalnız bu qərarda əksini tapan tələblərə cavab verən, fərqlənmə nişanı əldə etmiş taksi minik avtomobilləri üçündür. Duracaqların təşkili işlərinə isə artıq başlanılıb”

M.Ağayev bildirib ki, taksi duracaqları tam olaraq fəaliyyətə başlayandan sonra metro çıxışlarını, avtobus dayanacaqlarını zəbt etmiş taksilər olmayacaq.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı