Azərbaycan İdeyası

Mirşahin: “Onlar Mirşahinin hansı yuvanın quşu olduğunu bilməlidirlər...”

Tarix:16-07-2019, 16:15
Baxış Sayı:901

KORRUPSİYA-Q.AZ

“İndi biz mövqeliyik. Mövqeli olub qərəzsiz olmaq mümkün deyil. Qərəz sözü bütün hallarda qaba ifadədir. Mən bu sözdən qaçıram. Biz indi tərəfliyik”.

Unikal.org xəbər verir ki, bunu Real TV-nin rəhbəri Mirşahin Ağayev Əvəz Zeynallının “Qaynar Qazan” layihəsinə müsahibəsində deyib.

M. Ağayev indi dövlətin tərəfində olduğunu qeyd edib: “Bu ifadə bəlkə də çoxlarında qıcıq doğuracaq. Amma mən bunu belə başa düşürəm və bu tək mənim düşüncəm deyil. Azərbaycanda belə düşünənələrin sayı yəqin ki, lap çoxdur. Mən Azərbaycan dövləti və Azərbaycan prezidenti deyəndə onları bir-birindən ayırmıram. Mənim üçün dövlət prezident, prezident də dövlətdir. Yəni dövlət İlham Əliyevdir...”.

M. Ağayev qeyd edib ki, o 25 il vətəndaş mövqeyini jurnalistika prinsiplərinə qurban verib: “Amma məhz 2016-cı ildən sonra baş verənlər göstərdi ki, Azərbaycanda heç kim tərəfsiz olmamalıdır.

Bu il 30 il tamam olacaq ki, jurnalistika ilə məşğul oluram. Hesab edirəm ki, bu gün Azərbaycanda yaçayan adamlar, məni tanıyanlar Mirşahinin hansı yuvanın quşu olduğunu bilməlidirlər. Ona görə yox ki, şahin quşdur, filan... Sadəcə olaraq arxamca gələn adamlar bilməlidirlər ki, onları hara aparıram.

Mən o adamlarla heç vaxt razılaşmayacağam ki, 11 ay hakimiyyəti əlində saxlaya bilməyiblər və 26 ay əlində saxlayanlardan tələb edirlər ki, “sən get mən gəlim”. Mən onları heç vaxt qəbul etməyəcəyəm”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı