Azərbaycan İdeyası

Eldar Mahmudov ev dustağıdır?

Tarix:12-11-2015, 13:31
Baxış Sayı:437

Sabiq nazir işdən çıxarılan gün onun barəsində həbs sanksiyası imzalanıb, bundan sonra isə onun ev dustaqlığı barədə məhkəmə qərarı verilib; E.Mahmudovun bu cür təcridinə qərar verilməsinin daha bir səbəbi MTN-dəki "çete"nin illərdir əldə etdiyi qeyri-qanuni milyardların izini tapmaq üçündür
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ev dustağıdır. Bu sensasion məlumatı redaksiyamıza verən mənbənin sözlərinə görə, bununla bağlı qərar oktyabrın 17-də verilib. Qeyd edək ki, Cinayət Məcəlləsinin 154.2.1-154.2.9-cu maddələrində nəzərdə tutulmuş qəti imkan tədbirləri sırasında ev dustaqlığı da var. Qaynağımızın iddiasını rəsmi mənbələrdən dəqiqləşdirmək mümkün olmasa da, ortaya daha maraqlı məqam çıxıb.
Çünki ev dustaqlığı həbsə alternativ qəti imkan tədbiri olduğundan şəxsin həbsə alınması barədə məhkəmənin qərarı alındıqdan sonra onun əvəzinə seçilə bilər. Yəni bu o deməkdir ki, oktyabrın 17-də işdən çıxarılan E.Mahmudov barədə həbs sanksiyası verilib, amma bu, ev dustaqlığı ilə əvəz olunub. Mənbəmiz onu da dəqiqləşdirib ki, sabiq nazirin nəzarət altında saxlanılması barədə mediadakı xəbərlər hüquqi baxımdan mümkün deyil. "Çünki Cinayət Məcəlləsində Prosessual Məcburiyyət Tədbirləri haqda fəsildə aydın yazılır ki, nəzarət altında saxlama yalnız yetkinlik yaşına çatmayan şəxsin barəsində seçilə bilər. Komandanlığın müşahidəsi altına vermə isə yalnız hərbi qulluqçu və ya hərbi toplantıda təlim keçdiyi müddətdə hərbi mükəlləfiyyətli şəxs barəsində seçilir", - deyə bildirib.
E.Mahmudovun işdən çıxarılmasından dəqiqələr sonra aralarında generallar da olan ən yaxın adamlarının qandallanması sabiq nazirin də təqsirləndirilən şəxs qismində barəsində qəti imkan tədbirinin seçiləcəyi əslində sensasiya deyil, bəlkə də zərurət idi. MTN-də baş verən tükürpədici faktlar açıqlandıqdan sonra ortaya "bəs Eldar Mahmudov?" sualı çıxıb. Onun ən inanılmış adamlarının həbsə alınması, bəzilərinin təhlükəsizlik orqanlarından qovulması, qohumlarının bütün dövlət işlərindən uzaqlaşdırılması sabiq nazirin rahat təqaüd həyatının olmayacağı deməkdir. Bütöv bir nazirlikdə yuxarıdan aşağı kadr təmizlənməsi, baş vermiş cinayətlərin hamısında birbaşa nazirin adının keçməsi E.Mahmudov barədə həbs sanksiyası üçün əsasdır.
E.Mahmudov barəsində elə həmin gün həbs qərarının verilməməsi onun ciddi nəzarət altında saxlanıldığı versiyasını gücləndirib. Mənbəmiz isə iddia edir ki, sabiq nazir işdən çıxarılan gün onun barəsində həbs sanksiyası imzalanıb, bundan sonra isə onun ev dustaqlığı barədə məhkəmə qərarı verilib. Sabiq nazirə əmri ilə bərabər, həm də həmin sənədlər təqdim edilib. "Böyük ehtimalla nazir barədə sanksiyanı baş prokurorun müavini Rüstəm Usubov imzalayıb, Səbail Rayon Məhkəməsi isə ev dustaqlığı barədə qərar verib", - deyə mənbəmiz sonda bildirib.
E.Mahmudovun bu cür təcridinə qərar verilməsinin daha bir səbəbi MTN-dəki "çete"nin illərdir əldə etdiyi qeyri-qanuni vəsaitlərlə bağlıdır. Məlumata görə, bu vəsaitin böyük bir hissəsi ən müxtəlif yollarla ölkədən çıxarılıb. Bu vəsaitin hətta bir neçə milyard ola biləcəyi ilə bağlı da iddialar var. İndi böyük bir qrup bu vəsaitin izini araşdırır və həmin pulların ölkəyə qaytarılmasını təmin etməyə çalışır.
Yeri gəlmişkən, noyabrın 10-da təhlükəsizlik orqanlarından xaric edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun və MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib. Toplanmış materialların hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim olunması E.Mahmudovun daha iki generalının həbsini qaçılmaz edir. MTN-dəki cinayətkar şəbəkənin əsas fiqurantlarından biri olan Akif Çovdarov Eldar Mahmudovun "sağ əli" və kassiri hesab olunur və buna dair istənilən qədər fakt var. Prokurorluğun onlar barəsində həbs, yoxsa ev dustaqlığı qərarı verəcəyi yaxın 24 saatda bilinməlidir.
Bildirək ki, oktyabrın 17-dən keçən müddətdə sabiq nazirin görünməsi barədə yalnız bir xəbər keçib. Qeyri-rəsmi xəbərdə bildirilirdi ki, Eldar Mahmudov oktyabrın 25-də qudası, Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin anasının dəfnində və yasında iştirak edib. Amma bunu təsdiq edən heç bir görüntü ortaya çıxmadığından bu xəbərin nə qədər səhih olduğu bilinmədi. "Yeni Müsavat" öz mənbələrindən yalnız onu dəqiqləşdirib ki, E.Mahmudov Badamdardakı villasında deyil, başqa mənzildə ev dustağı edilib.

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."