Azərbaycan İdeyası

Yevlaxda südün 1 litrini 100 manata satırlar

Tarix:12-11-2015, 13:54
Baxış Sayı:591

Yevlax rayonunun Varvara kəndində yaşayan Elməddin İskəndərov 5 ildir ki, bir çox xəstəliklərə dərman olan uzunqulaq südünün satışı ilə məşğuldur. O deyir ki, bu heyvan hər sağımda təxminən 50 qram süd verir. Südün 10 qramını isə 1 manata satır. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, alıcıların arasında Yevlax sakinləri ilə yanaşı, digər rayonlardan gələnlər də olur: "Şəki, Qax, Zaqatala və digər yerlərdən gəlirlər".
Həkim Bahar Quliyeva isə bildirir ki, uzunqulaq südü orqanizmin müqavimətini artırır. Bu südün tərkibində olan protein, kalsium, lizosin, laktoloza kimi zülallar bir sıra xəstəliklərin müalicəsi üçün mühüm əhəmiyyət kəsb edir: "Dəri xəstəliklərində uzunqulaq südündən istifadə çox məsləhətlidir. Allergik xəstəliklərdə, bronxial astmada böyük rol oynayır.Son tədqiqatlara görə, uzunqulaq südü xərçəng xəstəliyinin, mədə-bağırsağın kompleks müalicəsində böyük əhəmiyyət kəsb edir. Bu süddən qızılca xəstəliyi zamanı uşaqların immunitetini qaldırmaq üçün istifadə edilir".
Qeyd edək ki, hazırda 1 uzunqulaq 150-200 qram südünün qitmətinə, yəni 15-20 manatadır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı