Azərbaycan İdeyası

"Civənin 1 kiloqramını 7 min manata satmaq istəyirdik"

Tarix:3-11-2015, 16:27
Baxış Sayı:415

Goranboyda civənin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
"Korrupsiya və Qanun" qəzetinin məlumatına istinadən Region TV-yə istinadən xəbər verir ki, cinayətkar qrupun üzvləri 2 kiloqramdan artıq civəni satmaq istəyərkən ələ keçib.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri zamanı Şəki şəhərində anadan olan Vüqar Novruzov saxlanılıb. O, Goranboy rayonu Qızıhacılı qəsəbəsində 1 ədəd şüşə qabın içərisində olan 2 kq 720 qram çəkidə civəni satmaq istəyərkən ələ keçib.
Araşdırma zamanı məlum olub ki, Vüqar Novruzov civəni Yevlax rayonunun Aran qəsəbəsində yaşayan Əkbər Nəcəfovdan alıb.
Əkbər Nəcəfov, saxlanılan şəxs: "Civə məndə çoxdan var, 1985-ci ildən bizdədir. 3 dəfə də gəlib baxıblar, deyiblər ki, yaramır. "Xolodelnik"in yanında saxlayırdım civəni. Bir dəfə söhbət düşəndə, dedi ki, mən adam taparam, danışıb verərik".
Vüqar Novruzov, saxlanılan şəxs: "Civəni satacağımız adamı 3 ildən çoxdur tanıyırıq. 1 kiloqramını 7 min manata satmaq istəyirdik".
Faktla bağlı Goranboy RPŞ-də cinayət işi qaldırılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı