Azərbaycan İdeyası

Azərbaycan Respublikasının Təhsil naziri cənab Ceyhun Bayramova

Tarix:29-08-2019, 15:27
Baxış Sayı:895

Çox hörmətli Ceyhun müəllim!
Yeni tədris ilinin başlanmasına bir aydan da az vaxt qalıb. Lakin bəzi ailələr öz övladlarınıln hansı təhsil müəssisəsində oxuyacaqlarını hələ də müəyyənləşdirə bilməyiblər. Səbəb də bürokratik əngəllərdir.
Redaksiyamıza ərizə ilə müraciət edən Səmədov Cəlil Əvəz oğlu bildirmişdir ki, ailəsi indiyədək yaşadıqları Rusiya Federasiyasının paytaxtı Moskva şəhərindən köçüb Azərbaycana gəlib. Yazırlar ki, ailənin kiçik üzvü Səmədova Mədinə Cahid qızını Nərimanov rayonundakı Məktəb-Lisey Kompleksinin 200 saylı tam orta məktəbinin rus sektorunun birinci sinfinə qəbul etdirmək istəyiblər. Amma məktəb rəhbərliyi onların bu istəyini yerinə yetirməyib. Onlara bildirilib ki, məsələnin müsbət həllindən ötrü Təhsil Nazirliyinə müraciət etməli, icazə almalıdırlar. Qeyd edirlər ki, Nazirliyə birinci müraciət məktublarına üstündən iki ay vaxt keçməsinə baxmayaraq, hələ də cavab verilməyib.
Bildirirlər ki, onlar üçün övladlarına rus dili sektoru olan məktəbi məhz yaşadıqları Həsən Əliyev küçəsi ev – 123, mənzil – 12 ünvanın yerləşdiyi Nərimanov rayonunda tapmaq önəmlidir, çünki uşağın II qrup əlil olan babası Cəlil Səmədovla da qayğılanırlar deyə ailənin maddi imkanı uşağın tədris üçün uzaq məsafəyə gediş-gəlişini təmin etməyə imkan vermir.
Odur ki, xahişlərini KİV üzərindən Sizə çatdırmalarını redaksiyadan istəyiblər. Tərəqqipərvər KİV olaraq öz növbəmizdə bildiririk ki, Səmədova Mədinə Cahid qızının paytaxtın 200 saylı tam orta məktəbin rus sekrtoru üzrə birinci sinfə qəbul olunması üçün köməklik göstərsəniz, bizə də yazmaq üçün gözəl mövzu vermiş olarsınız.
Qabaqcadan minnətdarlığımı bildiririk.

Hörmətlə,
Baş redaktor: Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı