Azərbaycan İdeyası

Yasamalda 1200-dən çox qəbir nömrələnib - ÖZƏL

Tarix:23-08-2019, 12:36
Baxış Sayı:148



Avqustun 13-dən Yasamal qəbiristanlığında qəbirlərin rəqəmlənməsinə başlanılıb.
Bu barədə Oxu.Az-a Yasamal Bələdiyyəsindən məlumat verilib.
Məlumata görə, Yasamal qəbiristanlığı qəbirlərin nömrələnməsi prosesi üçün portallara bölünüb:
"Bildiyiniz kimi, digər qəbiristanlıqlardan fərqli olaraq, Yasamal qəbiristanlığı paytaxtın ən böyük məzarlıqlarından biridir. 2018-ci il dekabrın 4-də "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları" ərazi üzrə bələdiyyələrə həvalə edilib.
Qərara əsasən, Yasamal qəbiristanlığında məzarların nömrələnməsi prosesi artıq başlanıb. Məzarlığın bir neçə girişinin olduğunu nəzərə alaraq, avqustun 13-dən etibarən qəbiristanlıq ərazisi doqquz portala ayrılıb.
Ümumilikdə daha əvvəldən özünə dəfn üçün yer alan və hasarlanan 231 qəbir yeri (ümumilikdə 1200-dən çox qəbir) nömrələnib. Bu proses bütün qəbirlər nömrələnənə qədər davam edəcək".
Bildirilib ki, nömrələnən qəbirlər haqqında məlumatlar elektron qaydada siyahıya alınacaq:
"Bəzi qəbirlər var ki, onlar çox baxımsız haldadır. Üzərindən yazılar belə silinib. Biz həmin qəbirlərin məlumatlarını (ad, soyad, doğum və ölüm tarixləri) bərpa edərək siyahı tərtib edirik. Nömrələnən qəbirlərin yanında vurulan kiçik qara lövhədə portalın nömrəsi, qəbirin nömrəsi, həmin sahədə neçə nəfərin dəfn olunması (ad, soyad, doğum və ölüm tarixləri) və daha neçə dəfn üçün qəbir yerinin mövcud olduğu qeyd ediləcək.
Məsələn, bir portalda birdən 10 minə qədər olan qəbir yerləşdiriləcək. Digər portalda isə 10 mindən 20 minə qədər qəbir yerləşəcək. Bu proses bəzən mərhumlarının harada dəfn olunduğunu unudan insanların da işini asanlaşdıracaq.
Elə insanlar var ki, ölkədə yaşamır və uzun illər ölən əzizinin məzarını ziyarət edə bilmir, yerini belə unudur. Sistemləşmə bu kimi problemləri həll edəcək. Burada milyonlarla qəbir var. Qarşıya qoyulan işlərin təxminən iki il ərzində yekunlaşmasını planlaşdırırıq".

OXŞAR XƏBƏRLƏR
Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təsdiq edildi
Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təsdiq edildi
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır