Azərbaycan İdeyası

Bakıdakı məşhur restoranda oğlanlara qarşı ayrı-seçkilik - Qızla gələndə isə...

Tarix:4-09-2019, 16:10
Baxış Sayı:142


Bakıda məşhur "Paris Bistro" kafesində narazılıqla qarşılanan depozit ödənişi sistemi tətbiq edilib.
Bu barədə sosial şəbəkə istifadəçiləri yazıblar. Onların sözlərinə görə, bu sistem yalnız kafedə oturmaq istəyən bəylərə tətbiq olunur.
"İki dostum ilə restoranda əyləşmək üçün içəri daxil oldum. Lakin ofisiant bizi qapıda qarşılayaraq, restoranda oturmaq üçün hər birimizin 25 manat ödəməli olduğumuzu dedi. Bunun yeni qayda olub-olmadığını soruşdum, cavab olaraq dedi ki, "xeyr, əvvəldən bizdə belə olub".
Daha sonra restoranın telefon nömrələrinə zəng etdim. Aydın oldu ki, oğlan olduğumuz üçün 25 manat depozit ödəməli imişik. Telefonda danışan şəxs dedi ki, hətta 10 nəfər kişi ilə bir nəfər qadın gəlsəydi depozit istənilməyəcəkdi”.
Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı “Paris Bistro” restoranı ilə əlaqə saxlayıb.
Restorandan fakt təsdiqlənib, bildirilib ki, bu, restoranın daxili qaydasıdır:
“Depozit restoranın terrasına tətbiq edilir. Əgər axşam 6-dan sonra üç nəfər bəy gələrsə, adambaşı 25 manat ödəməlidirlər".
Ümumiyyətlə depozit tələbinin qanuni olub-olmadığını öyrənmək üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq.
Onun sözlərinə görə, bu məsələ qanunvericilik üzrə tənzimlənməyib:
"Azərbaycan turizminin inkişafına ciddi maneçilik yaradan səbəblərdən biri də depozit məsələsidir. Heç bir ölkədə bu depozit məsələsi yoxdur. Dövlət orqanları bununla bağlı iş görməlidir. Necə ola bilər ki, yanında xanım olmayan oğlanlardan depozit alınır? Bu, insanlar arasında ayrı-seçkiliyin qoyulmasıdır. Eyni zamanda, turizm sahəsinə ciddi əngəllər yarada bilər. Bu məsələnin qarşısı tez bir zamanda alınmalıdır".
Turizm və otelçilik üzrə ekspert İldırım Musayev də Oxu.Az-a açıqlamasında bildirib ki, restoranlarda müştərilərdən əlavə depozitin alınması qeyri-qanunidir:
"Bu, dövlətin qanunlarına riayət etməmək, ictimai iaşə qanunlarını və istehlakçıların hüquqlarını pozmaqdır. Dünyada qəbul olunan yeganə qanun var ki, o da müştərinin yalnız yediyi yeməyə görə ödəniş etməli olmasıdır. Heç bir ölkədə restoranlarda yalnız oğlanlardan depozitin alınması faktı yoxdur. Ümumiyyətlə, dünya praktikasında belə bir şey yoxdur. İnsanlar restorana istirahətə, yemək yeməyə görə gedir.
Çox vaxt restoran rəhbərinin öz işçilərinə inamı olmur. Bu cür qanunları da nəzarət üçün həyata keçirirlər. Amma bu addım düzgün deyil".


OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı