Azərbaycan İdeyası

Bu internat məzunu yüksək balla universitetə qəbul olub - Onu siz də tanıyın

Tarix:27-09-2019, 11:28
Baxış Sayı:103


2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan internat tipli məktəb məzunlarının sayı açıqlanıb.

Korrupsiya-q.az-ın məlumatına görə, bu il internat tipli məktəbləri bitirən və 600-dən yüksək bal toplayan 11 məzun olub.

İnternat tipli məktəb məzunları arasında ən yüksək nəticəni Ağdaş rayonu, M.Şeyxzadə adına internat tipli Texniki, Humanitar və Təbiət fənləri təmayüllü gimnaziyanın məzunu Əliyev Murad Rəşad oğlu göstərib.
O, 670.8 balla Bakı Ali Neft Məktəbində Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında ingilis dili qrupunda təhsil alır.
M.Əliyev təəssüratlarının saytımızla bölüşüb. O, 2002-ci ilin mart ayında sadə bir ailədə anadan olub:
“Ailəmiz dörd nəfərdən ibarətdir. Doqquzuncu sinifdə oxuyan bir bacım da var. İnternat tipli gimnaziyada təhsil və nəzarət güclü olduğu üçün ikimizi də valideynlərimiz bu məktəbə qoydu.
Mənim dərslərimlə atam və anam məşğul olurdu. Ailəm imtahanda yüksək bal yığacağıma inanırdı, çünki təhsil aldığım müddətdə müvəffəqiyyətlərim çox olmuşdu”.
M.Əliyev 11-ci sinifdə təhsil alan zaman repetitor yanına gedib:
“Valideynlərimlə qərar verdik ki, imtahan qaydalarında dəyişikliklərin olması ilə bağlı müəllim yanına hazırlığa getməyə ehtiyac var. Təhsildə qazandığım uğurlara görə direktorumuz Şəhla xanıma, ibtidai sinif müəllimim Məcidova Kəmaləyə və digər müəllimlərimə təşəkkür edirəm”.
Qeyd edək ki, internat məzunu bir çox bilik yarışlarında mükafata layiq görülüb. İngilis dili üzrə Bakıda keçirilən yarışlarda medal qazanıb.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı