Azərbaycan İdeyası

Lüt qızların videosunu yayan məşhur efirə çıxdı - VİDEO

Tarix:1-10-2019, 12:53
Baxış Sayı:118


Müğənni Ramal İsrafilovun üç qızın lüt videosunu yaymaqda təqsirli bilinən qardaşı Valeh İsrafilov uzun müddətdən sonra ilk dəfə efirə çıxıb.

Metbuat.az xəbər verir ki, o, qardaşları və atası ilə birlikdə "Zaurla Günaydın" proqramına qonaq olub. Veriliş zamanı qardaşı uşaqları ilə küsülü olan Xalq artisti Mələkxanım Əyyubova da zəng edib. Xanəndə və ifaçılar canlı yayımda barışıblar.
Əyyubova qardaşı uşaqlarının bir səhv etdiyini söyləyib:

"Bizim nəslimiz gözəl olub hər zaman. Uşaqlar gəncdir, mən də onlara nəzarəti əsirgəməmişəm. Onlar el içindədir, hər şeyə məsuliyyətli yanaşmalıyıq. Hər ailədə söz-söhbət olur. Allah şeytana lənət eləsin, pis insanların şərindən qorusun. Çox səbirsiz oldum, heç nəyi aydınlaşdırmadım. Səs-küyə getdim, heç nəyi dəqiqləşdirmədim. Onlar mənim balalarımdır. Qınaq etməyə nə var ki... Hər kəs dönüb özünə də baxsın.

Bu gün Zaur hər şeyə son qoydu. Onlar bir daha belə səhvlər etməyəcəklər. Məsuliyyətli olmaq lazımdır. Onlar mənim qardaşımın balalarıdır. Amma müğənnidirlər, xalqın adından çıxıb oxuyurlar. Ona görə də diqqətli olmalıdırlar".

Qeyd edək ki, martın 31-də sosial şəbəkələrdə və bəzi internet saytlarında bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntü yayılıb. Üç qızın lüt rəqs edərkən çəkilən videosunu yayanlar arasında Valeh İsrafilov da yer alıb.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı