Azərbaycan İdeyası

Komitə sədri şəhid oğludur - FOTO

Tarix:12-02-2026, 15:35
Baxış Sayı:6


Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azər İsmayıl oğlu Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

Məlumata əsasən, yeni sədrin atası İsmayıl Həsən oğlu Mursaqulov 1990-cı ildə 20 Yanvar hadisələri zamanı şəhid olub.

İsmayıl Həsən oğlu Mursaqulov 13 noyabr 1939-cu ildə Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində anadan olub.

Professor İsmayıl Mursaqulov Sumqayıt Polimer Materialları İnstitutunun ən potensialı və perspektivli şöbə müdirlərindən biri idi.

İsmayıl Həsən oğlu Mursaqulov 1939-cu il noyabrın 13-də Gürcüstan Respublikası, Marneuli şəhərində qulluqçu ailəsində anadan olub. 1958-ci ildə orta məktəbi qızıl medalla bitirib. Həmin ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunub və oranı 1963-cü ildə fərqlənmə diplomu ilə qurtarıb. Universiteti bitirdikdən sonra təyinatla Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutuna göndərilib və orada bir neçə ay müddətində laborant vəzifəsində işləyib. 1963-cü ilin sonunda SSRİ Elmlər Akademiyası Ümumi Kimya İnstitutunun (Moskva) aspiranturasına daxil olub və oranı 1966-cı ildə başa vurub. 1967-ci ilin əvvəlində həmin institutun elmi Şurasında namizədlik dissertasiya işini müdafiə edib.
1966–1967-ci illərdə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi, 1967–74-cü illərdə isə Azərbaycan EA Aşqarlar Kimyası İnstitutunda böyük elmi işçi vəzifəsində işləyib.

1990-cı il yanvarın 20-də Sovet İmperiyasının Bakı şəhərinə qoşun yeridərək xalqımızın başına gətirdiyi vəhşi cinayət qurbanlarından biri də professor İsmayıl Həsən oğlu Mursaqulovdur. O, 1990-cı il yanvarın 24-də qanlı yanvar hadisələri zamanı Bakıdan Sumqayıta həmkarları ilə birlikdə işə gedərkən Sovet hərbçilərinin vəhşiliyi nəticəsində ağır xəsarət alıb.
Həmin vaxt Sumqayıt yolunun kənarında dayanmış "Jiquli" maşını tank kolonunun keçib getməsini gözləyirdi. Maşında Elmlər Akademiyasının üç alimi, biri qadın olmaqla üç professoru vardı. Onlar paytaxtdan Sumqayıta, neçə ildir birgə çalışdıqları Polimer Materialları İnstitutuna gedirdilər. Tanklardan biri kolondan ayrılaraq həmin maşının üstündən keçib. Bu hadisədə ölümcül zədə alan İsmayıl Mursaqulov fevralın 3-də vəfat edib.

Professor İsmayıl Mursaqulov Şəhidlər Xiyabanında dəfn olunub.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?