Azərbaycan İdeyası

"BELƏ HƏYATIN ÇƏTINLIYINƏ DAHA TAB GƏTIRƏ BILMIRƏM"

Tarix:4-02-2020, 11:16
Baxış Sayı:168

[b][/b]
Evi dələduzluqla əlindən alınan iki xəstə övlad anası sosial evlərdən mənzil istəyir

Sosial evlər mənzil almaq imkanı və imtiyazları olmayan, gəlirləri orta və ortadan aşağı olan insanlar üçün nəzərdə tutulub. Belə mənzillərin tikintisi əhalinin mənzil təminatının yaxşılaşdırılmasının ən optimal üsullarından biri hesab olunur. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni gündəmə gətirməklə, müvafiq qurumlara öz tapşırıqlarını verməklə bir daha göstərdi ki, Azərbaycan hökumətinin daxili siyasətində sosial siyasət prioritet istiqamət kimi davam edir və bundan sonra da davam edəcək.
Azərbaycanda mənzilə ehtiyacı olan insanların sayı çoxdur və onların bir qismi ipoteka kreditləşməsi vasitəsilə mənzilə olan tələbatını ödəməyə çalışır, şəhid ailələri, məcburi köçkünlər isə dövlət tərəfindən mənzillə təmin edilir. Amma digər kateqoriyalı insanların mənzillə təminatında çox ciddi çətinliklər var. Sosial evlər məhz bu kateqoriyadan olan insanlar, yəni mənzil almaq imkanı və imtiyazları olmayan, gəlirləri orta və ortadan aşağı olan insanlar üçün nəzərdə tutulub.
Sakinlər sosial mənzillərə köçdükdən sonra kirayədə qaldıqları müddət ərzində kirayə haqlarını kredit ödənişi kimi ödəyirlər. Mənzilin dəyərini tam ödədikdən sonra isə mənzili özəlləşdirərək onun tam sahibi olurlar.
Evə son dərəcə ehtiyacı olan ailələrdən biri də bu günlərdə redaksiyamıza müraciət etmiş Fərqanə Atayevanın başçılıq etdiyi ailədir (Özü və iki xəstə övladı ilə). O, Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, surətlərini Baş Prokuror cənab Zakir Qaralova və Daxili İşlər naziri cənab Vilayət Eyvazova yazdığı ərizəsinin qəzetimizin səhifəsində açıq formada dərc edilməsini xahiş etmişdir.
"Çox hörmətli Mehriban xanım!
Mən qızım və oğlumla birlikdə Xırdalan şəhərində yaşayırdım. Həyat yoldaşım rəhmətə gedəndən sonra evimə 3 dəfə oğru girib. Hər dəfə polis idarəsinə xəbər etdim. Qorxu içərisində yaşayırdım. Əlacım təcili evi satmaqda idi, amma evi qoyduğum qiymətdən aşağı almaq istəyirdilər deyə razı ola bilmirdim. Qonşuluqda "Gəlinlik" mağazası işlədən ər və arvad evi təcili satmaq istədiyimi bildikdə, təklif etdilər ki, evi satıb pulunu 3 aylığa onlara verim. İranla müqavilələri olduğunu, həm şirniyyat ticarəti ilə məşğul olduqlarını, həm də gəlinlik paltarı gətirdiklərini dedilər, 3 aydan sonra pulumu artıqlaması ilə qaytaracaqlarını vəd etdilər. Şərt qoydular ki, heç kimə deməyim, əllərini Qurana basıb doğru söylədiklərinə and içdilər. Onlara inanıb evi satdım, pulu onlara verdim. Özüm də kirayə ev tutdum, düşündüm ki, 3 ay elə də böyük müddət deyil, pulumun üstündə pul verərlər, başqa ev alaram.
Lakin 3 aydan sonra pulumu geri istəyərkən, mənə müflis olduqlarını deyəndə az qala havalandım. Polisə şikayət verdim, onların tutulmalarını tələb etdim. Vəkil tutdum, məhkəmə gedə - gedə hakimdən xahiş etdim ki, onların ölkədən çıxışını əngəlləmək üçün yollarına "stop" qoyulsun. Dedilər hələ ki qərar verilməyib, bu mümkün deyil. Növbəti məhkəməyə gəlmədilər. Hətta öz evlərinin kupça sənədini də mənə düzəltdirmişdilər ki, guya satıb pulumu verəcəklər. Məlum oldu ki, bir çox başqa şəxslərə də borclu olduqları üçün evlərini satıb ölkədən qaçıblar.
Hörmətli Mehriban xanım, bir bacı kimi Sizə yalvarıram: 2012-ci ilin noyabr ayından kirayələrdəyəm, 2017-ci ildə cənab Prezident İlham Əliyevə, daha bir neçə ərizə ilə Sizə, DİN-nin Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə, Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciətlər ünvanlayaraq işə düzgün baxılmasını xahiş etmişəm. Hər dəfə yuxarı instansiyalar aidiyyati qurumlara "Vətəndaşın müraciətinə baxılsın" məzmunlu məktublar göndərilsə də, məmurlardan heç bir nəticə görməmişəm.
Əziz Mehriban xanım, ümidim göydə Allaha, yerdə isə Sizədir. Oğlumu əsgərliyə yola salanda hərbi komissarlığın müayinəsində onda "mitral qapaq çatışmazlığı" xəstəlyi aşkar olundu. Qızım isə onurğa sütününün skarliozundan əziyyət çəkir. Bizə kömək edəcək kimsə tapılmayıb. Həyat yoldaşım, atam, anam vəfat ediblər. Özüm Uşaq Nevroloji Xəstəxanasında tibb bacısı vəzifəsində çalışıram. Sizdən artıq dərəcədə xahiş edirəm, məni - köməksiz iki xəstə övlad anasının vəziyyətini nəzərə alıb Sosial Evlərdən bizə mənzil verilməsinə köməklik edəsiniz. Kirayəyə ödədiyim pulu aybaay mənzil üçün ödəyərəm, bilərəm ki, axırda özümə qalacaq. Yoxsa, belə həyatın çətinliyinə daha tab gətirə bilmirəm".

Xuraman Əhlimanqızı
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Azərbaycanda hakim intihar etdi
Azərbaycanda hakim intihar etdi
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb